Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-552/2023 20.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasın oğlunun katibliyi, X1nun iştirakı ilə, Azərbaycan Respublikasının FHN-nin X6 Aran Regional X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının FHN-nin X6 Aran Regional X6 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXMnin 518.1 və 469.1-ci maddələri ilə 100 manat cərimə edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti araşdırıb hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş 16 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 536.1-ci maddələri ilə inzibati qaydada 350 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi X1 barəsində 16 mart 2023-cü il tarixdə qəbul edilmiş edilmiş inzibati tənber vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının FHN-nin X6 Aran Regional X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qərarından verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109- 114-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikasının FHN-nin X6 Aran Regional X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qərarından verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-552/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-552/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver