Məhkəmə qərarları › İş №3(046)-56/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-56/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-56/2023 17.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Göyçay rayonu Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarabağlar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Göyçay şəhəri Natəvan küçəsində YPX-nin əməkdaşı polis baş serjantı X3, PPX-nin əməkdaşları X4 və X1 qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Şəxs Göyçay RPŞ-nin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Göyçay şəhəri Natəvan küçəsində sürücülük hüququ olmadan idarə etdiyi Priora markalı **-EK-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən, YPX-nin əmədkaşı onu saxlamış, avtomobilin nömrə nişanının, sürücülük hüququnun olmadığını, buna görə avtomobilin polis şöbəsinə aparılacağını bildirmişdir. Polis əməkdaşına etirazını bildirərək, avtomobilin polis şöbəsinə aparılmağına imkan verməmişdir. Bundan sonra PPX-nin əməkdaşları gəlmiş, onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinin qarşısında əsəbi olduğu üçün ucadan səs-küy salmışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin DYPB-nin polis baş serjantı X5 izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Göyçay şəhəri Natəvan küçəsində xidmət apararkən Şəxs Priora markalı avtomobilin qarşı nömrə nişanının yerində olmayaraq idarə etdiyi üçün saxlatmış, həmin vaxt Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyini müəyyən etmiş, buna görə də avtomobili polis şöbəsinin duracağına aparacağını bildirmişdir. Şəxs avtomobilini polis şöbəsinə aparılmasına etiraz etmişdir. Buna görə də xidmətdə olan PPX-nin əməkdaşlarını hadisə yerinə çağırmışdır. Hadisə yerinə gələn polis əməkdaşları X7 və X2 zorla Şəxs polis şöbəsinə aparmışlar. Polis şöbəsinin qarşısında Şəxs ucadan nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Məhkəmədə şahid qismində izahat vermiş X7 və X2 şahid X5 ilə eyni məzmunlu izahat vermişlər. Məhkəməyə təqdim edilmiş İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs İXM-nin 332.1, 342.1.3 və 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 16:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 16:20-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar