Məhkəmə qərarları › İş №3(046)-56/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-56/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-56/2024 23.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X2 oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1970-ci ildə Göyçay rayonu, Mallı-Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində Göyçay rayonu, Mallı- Şıxlı kəndi ərazisində özünə məxsus olan bir baş iribuynuzlu inək heyvanını nəzarətsiz qoyulması nəticəsində yol hərəkəti qaydaları pozularaq «Renault Megane» minik markalı **-RP- *** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi ziyan vurulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 112.1.4cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində etibarnamə əsasında idarə etdiyi «Renault Megane» minik markalı **- RP-*** dövlət nömrə nişanlı avtomobili ilə Göyçay-Ucar yolunun Mallı-Şıxlı kənd ərazisində hərəkətdə olarkən sutkanın qaranlıq vaxtı bir baş iribuynuzlu inək heyvanı qarşısına çıxmış və nəticədə onu vurmuşdur. Hadisədən sonra avtomobilinə 1770 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki Göyçay-Ucar yolunun Göyçay rayon Mallı-Şıxlı kənd ərazisində Göyçay rayonu, Mallı-Şıxlı kəndi sakini Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun qaranlıq hissəsindən asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Göyçay rayon sakini Zərərçəkmiş şəxs idarə etdiyi «Renault Megane» minik markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuşdur. Bununla da, Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 02 yanvar 2024-cü il tarixli, 13 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş olmamışdır. AD seriyalı 420206 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Renault Megane» minik markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, «Renault Megane» minik markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobilə 1770 manat məbləğində maddi ziyan dəymişdir. yol-nəqliyyat sxemindən görünür ki, «Renault Megane» minik markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobil idarə edilərkən Göyçay rayonu, Mallı-Şıxlı kənd ərazisində yolnəqliyyat hadisəsi törədilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 02 yanvar 2024-cü il tarixdə Göyçay-Ucar yolunun Göyçay rayon Mallı-Şıxlı kənd ərazisində Göyçay rayonu, Mallı-Şıxlı kəndin sakini Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun qaranlıq hissəsindən asfalt örtüklü yola çıxmışdır. O zaman yolda hərəkətdə olan Göyçay rayon sakini Zərərçəkmiş şəxs idarə etdiyi «Renault Megane» minik markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobil ilə öz hərəkət zolağında heyvanı vurmuş və nəticədə avtomobilinə maddi ziyan dəymişdir. Bununla da Şəxs İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasınnı İnzibati-xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 338.5.1. və 338.5.2-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət vardır. 338.7-ci maddəsinə əsasən 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar