Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-560/2022 21.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, Göyçay şəhərində 21 sentyabr 2022-ci il tarixdə xx.xx.2001-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Şəhadət kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-ci maddəsi ilə Göyçay RPŞ-nin DYPB-nin polis leytenantı X1 tərəfindən tərtib edilmiş AP ******* saylı inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri Ə.Kərim küçəsində, idarə etdiyi VAZ- 2101 markalı **-LT-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə edərkən idarə etməni itirərək yolun sol kənarında yerləşən işıq dirəyinə dəymiş, nəticədə "xxxx" ASC-nə 914 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə zamanı Şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri Ə.Kərim küçəsində, idarə etdiyi VAZ-2101 markalı **-LT-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə edərkən idarə etməni itirərək yolun sol kənarında yerləşən işıq dirəyinə dəymiş, nəticədə "xxxx" ASC-nə 914 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə zamanı yüngül dərəcəli bədən xəsarəti almışdır. Törətdiyi əməldən peşmandır. İnzibati materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri Ə.Kərim küçəsində, idarə etdiyi VAZ-2101 markalı **-LT-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə edərkən idarə etməni itirərək yolun sol kənarında yerləşən işıq dirəyinə dəymiş, nəticədə "xxxx" ASC-nə 914 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə zamanı Şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. İnzibati materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 239 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İş üzrə inzibati xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib, ona 01 ay müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli 21 sentyabr 2022-ci il tarixdən saat 10:55-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-560/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-560/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver