Məhkəmə qərarları › İş №3(046)-562/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-562/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-562/2022 29.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, X1nun Gəncə Şəhər DYP-nin polis mayoru X3 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2022-ci il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, CHEVROLET MALİBU MİNİK markalı **-GU- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsində hərəkətdə olarkən heç bir qayda pozuntusuna yol verməməyinə baxmayaraq yol patrul xidməti əməkdaşları onu saxlayaraq barəsində protokol tərtib etmişlər. Heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də bunun heç bir xeyri olmamışdır. Ona protokol və qərar təqdim edilməsə də asan ödəniş sisteminə elektron qaydada daxil olduqdan sonra məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 327.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəməyə təqdim edilmiş DVD disk video görüntülərdən görünür ki, X4 CHEVROLET MALİBU MİNİK markalı 99GU223 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Hacıkənd qəsəbəsində üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq hərəkət etmişdir. Məhkəmə baxışı zamanı X4 xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X2 Gəncə Şəhər DYP-nin polis mayoru X3 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, TP ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X2 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X2 Gəncə Şəhər DYP-nin polis mayoru X3 tərəfindən xx.xx.2022-ci il tarixli İXM-nin 327.4-ci maddəsi ilə 100 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar