Məhkəmə qərarları › İş №3(046)-563/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-563/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-563/2022 29.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X1nun və X13 protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru polis baş serjantı X4 iştiraki ilə, Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis baş leytenantı X5 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis baş leytenantı X5 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edərək, X13 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayon Qaraman kəndi ərazisində özünə məxsus VAZ-21099 markalı **-HE-*** nömrəli avtomobillə heç bir yol hərəkəti qaydasını pozmamağına baxmayaraq avtomobilinin qarşısını 3 YPX avtomobili ilə kəsərək saxlamışlar. Spirtli içki qəbul edərək sərxoş vəziyyətdə avtomobil idarə etməyini əsas gətirib, onu oradan Polis Şöbəsinə aparıb alkotestrdən keçirmək istədilər. YPX-nin əməkdaşlarına spirtli içki qəbul etmədiyini bildirərək həkim müayinəsindən keçməyini tələb etmiş, lakin həkim müayinəsinə aparmamışlar. Bu barədə ona alkotesterin göstəricisi, sərxoş vəziyyətdə olmağına dair heç bir sənəd təqdim etməmişlər. Həmçinin qeyd edir ki, hadisə 19 fevral 2022-ci il tarixdə baş verilsə də İXP ******* nömrəli protokol 20 fevral 2022-ci il tarixdə tərtib edilmişdir. Eləcə də Göyçay Rayon YPX-nin inspektoru polis baş serjantı X4 xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X13 Protokolu əsasında qərar 7 aydan sonra xx.xx.2022-ci il tarixdə çıxarılmışdır. Hansı ki, ona qarşı edilmiş qanunsuzluq barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə zəng edib şikayətlər etmişdir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayət ərizəsinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Göyçay rayon Polis şöbəsinin DYPB-nın baş inspektoru polis baş leytenantı X9 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayonu Qaraman kəndi ərazisində xidmət apararkən VAZ-21099 markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücünün işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlatmış, həmin vaxt onun spirtli içki qəbul etməyindən şübhələnmişdir. X6 Göyçay RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində xüsusi texniki vasitə olan alkotestr ilə sərxoşluq müayinəsi keçirilmiş, Rasim Səmədovun sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixdə X13 protokol tərtib edilmişdir. Həmin protokola əsasən xx.xx.2022-ci il tarixdə İXM-nin 329.3 və 333.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, X8 400 manat inzibati cərimə edilmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, X8 VAZ-21099 markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə saat 09:30-da işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış və məlum olmuşdur ki, X8 avtomobili spirtli içkinin təsiri altında idarə etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı elektron qərardan görünür ki, X8 İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında biri digərini təkzib etməyən sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə barəsində qərar çıxarılmış X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. İşin halları həqiqi halları ilə müəyyən edilmişdir ki, X8 xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Göyçay rayonu Qaraman kəndi ərazisində istifadəsində olan VAZ-21099 markalı **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, YPX-nin əməkdaşları onu işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlamış, sərxoş olmasından şübhələnərək sərxoşluq müayinəsindən keçmək üçün onu Göyçay rayon Polis Şöbəsinə gətirmişlər. Daha sonra xx.xx.2022-ci il tarixdə X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə X13 protokol tərtib etmişlər. Bundan sonra X13 protokol tərtib edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 7 ay müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2022-ci il tarixdə sərxoşluq vəziyyətinin müayinəsindən keçməsinə dair protokol tərtib edilməmiş, sərxoşluq müayinəsindən keçməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Eləcə də X8 qeyd edilən xətanı xx.xx.2022-ci il tarixdə törətdiyi polis əməkdaşları tərəfindən müəyyən edilsə də, onun barəsində X13 protokolu xx.xx.2022-ci il tarixdə tərtib etmişlər. Həmçinin X13 protokolda xüsusi texniki vasitənin göstəriciləri, habelə tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Eyni zamanda X13 protokol X3 iştirakı olmadan tərtib edilmişdir. Bundan başqa X13 protokol xx.xx.2022-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, Göyçay RPŞ-nin DYPB-nin rəisi polis baş leytenantı X11 tərəfindən heç bir araşdırma aparılmadan, X7 X13 işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmədən, onun iştirakı olmadan 7 ay müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Göyçay RPŞ-nin DYPB-nin rəisi X2 Rasim Şöhrət oğlunu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilərkən sübut kimi xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqına protokola əsaslanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə -otuz manat məbləğində cərimə edilir. Maddə 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İstinad olunan maddələrdə nəzərdə tutulan inzibati xətanın baş verməsi üçün sürücü tərəfindən nəqliyyat vasitəsi işıq cihazından istifadə edilməsi qaydasının pozulduğu, eləcə də nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsi halı müəyyən edildiyi halda sürücü Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İstər X13 protokol tərtib etmiş, istərsə də inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Göyçay rayon Polis şöbəsinin DYPB-nin əməkdaşları X8 barəsində xx.xx.2022-ci il tarixdə saat 09:30-da ona istinad olunan inzibati xətanın törətməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində X13 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X13 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X13 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən X13 iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X13 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X8 barəsində İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla aparıldığından, şikayəti təmin edilməli, X8 barəsində Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis baş leytenantı X11 tərəfindən xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X13 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə 400 manat inzibati qaydada cərimə edilməsinə dair Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə başlanmış X13 iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar