Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-565/2024 24.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 84 a, mənzil 14-də yerləşən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Göyçay rayon Polis Şöbəsinin dövlət yol polis bölməsinin 27 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna görə "xxxx" MMC-i mülkiyyətində olan «VAZ 2108 minik» markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində 5 gün müddətində məlumatı Göyçay rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinə təqdim etməmişdir. İnzibati xəta haqqında işə baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin hüquqi ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hesab edirəm ki, aşağıdakılara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi İXM-in 347-ci maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün 1)nəqliyyat vasitəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olmalı,2) inzibati xətanın törədilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumat səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində mülkiyyətində və ya istifadəsində olan hüquqi şəxs tərəfindən verilməməlidir. «AZEMİS» X1 əmlak məlumatları bölməsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində yalnız “Uzotoyol M24, 9 Avtobus” markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobil vardır. Məhkəməyə «VAZ 2108 minik» markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC-nin qanuni əsasla istifadəsində olmasını təsdiq edən sübut təqdim edilməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Göyçay rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğusundan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi «VAZ 2108 minik» markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatın verilməsini digər hüquqi şəxsdən "xxxx" MMC-ən tələb etmişdir. Beləliklə iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, «VAZ 2108 minik» markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC-nin mülkiyyətində və ya qanuni istifadəsində olması müəyyən edilmədiyi ,habelə inzibati xətanın törədilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən sorğu vasitəsilə digər hüquqi şəxs "xxxx" MMC-ən tələb edildiyi halda,İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol "xxxx" MMC-i barəsində tərtib edilmişdir.Belə olan halda isə hesab edirəm ki, "xxxx" MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən həmçinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, "xxxx" MMC-in hərəkətlərində İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldım: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-565/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-565/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver