Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-565/2025 11.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Yevlax Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: 04 avqust 2025-ci il tarixli, 00900-00265/25 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə, hüquqi ünvanı Göyçay rayonu, Çayarxı kəndi olan "xxxx" MMC tərəfindən hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) tərəfindən Gəncə Gömrük İdarəsi X3 Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 1600/019/002545 saylı raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 357/Y nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli **********4690 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəyəri 103530.00 manat (60900.00 ABŞ dolları) olan “Qablaşdırılmış nar sirəsi” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********4690 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 150 manatı (88.24 ABŞ dolları) malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olan "xxxx" MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli 3-33-1600/2-000838/2025 saylı məktub göndərilərək Gəncə Gömrük İdarəsi X4 (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuşlar. Lakin bu günə kimi MMC-nin heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsinin X4 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, 00900-00265/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdalan”-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180-qün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Beləliklə də, Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olan "xxxx" MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 150 manat (bir yüz əlli) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə "xxxx" MMC tərəfindən bu fakt xx.xx.2025-ci il tarixli, 3-33-1600/019/002545 saylı raportla və işdə olan digər sənədlərlə təsdiq edilirək baxılması üçün Yexlax Rayon Məhkəməsinə göndərilmişdir. Yexlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(039)-1314/2025 saylı qərardadına əsasən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMCnin nümayəndəsi X2 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda göstərilən məbləğə əsasən bildirir ki, gömrük bəyannaməsinə əsasən xaricə göndərilən malların pulunun müqabilində "xxxx" da olan hesablarına 103530 manat pul köçürülmüş, lakin bank onlara 103380 manat pul vermişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: 04 avqust 2025-ci il tarixli, 00900-00265/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 357/Y nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli **********4690 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəyəri 103530.00 manat (60900.00 ABŞ dolları) olan “Qablaşdırılmış nar sirəsi” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********4690 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 150 manatı (88.24 ABŞ dolları) malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin xx.xx.2025ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-nə Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində 2025-ci il 16 iyul tarixli 3-33-1600/019/002545 saylı raport üzrə aparılan araşdırma ilə əlaqədar xx.xx.2025-ci il tarixdə saat 11:00-da baxılması barədə məktub göndərilmişdir. 17 dekabr 2024-cü il tarixli **********4690 nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən Rusiya Federasiyasına **********4690 nömrəli gömrük bəyannaməsi ilə göndərilən (21000kq) invoys dəyəri 103530 manat olmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş ərizəsindən görünürü ki, "xxxx" MMC-nin "xxxx" olan hesabına 103530 manat pul köçürülmüşdür. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə baxış iclasında müəyyən edimişdir ki, "xxxx" MMC tərəfindən 17 dekabr 2024cü il tarixli **********4690 nömrəli gömrük bəyannaməsi ilə göndərilən (21000kq) invoys dəyəri 103530 manat pul vəsaiti "xxxx" MMC-nin "xxxx" da olan hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin "əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gələrkən, yəni İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd etmişdir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur, MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati icraatın başlanılaraq məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar olmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********4690 nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yekun dəyərinin 150 manatı (88.24 ABŞ dolları) malların bəyan edildiyi gündən 180 gün ərzində ixraçatçının hesabına geri köçürülmədiyi qeyd olunsa da, iş materiallarında olan sənədlərlə bu fakt təkzib olunur. Hesaba pulun köçürülməsinə dair ərizədən müəyyən olunur ki, ixrac edilən malların dəyəri tam şəkildə "xxxx" MMC-nin "xxxx" MMC-də olan hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin MMCnin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-565/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-565/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver