Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-568/2025 08.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, "xxxx" Fermer Təsərrüfatı MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 483cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: 28 iyul 2025-ci il tarixli, 01400-06124/25 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə, hüquqi ünvanı ünvan 1 şəxs "xxxx" Fermer Təsərrüfatı MMC (VÖEN: **********) tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2024-cü ilin oktyabr ayında **********3637 və **********5035 nömrəli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 5711,27 ABŞ dolları (9709.16 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar "xxxx" Fermer Təsərrüfatı MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, "xxxx" Fermer Təsərrüfatı MMC-nin xx.xx.2004-cü il tarixində ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Göyçay rayonu, Kürdəmiş kəndi olduğu və rəhbərinin X3 oqlu olduğu məlum olmuşdur. Bundan sonra "xxxx" Fermer Təsərrüfatı MMC-nin qeydiyyatda olduğu (Göyçay rayonu, Kürdəmiş kəndi) ünvana xx.xx.2025-ci il tarixində 3-33-1700/2-001196/25 saylı bildiriş, həmçinin də xx.xx.2025-ci il tarixli, 3-33-1700/2-002575/2025 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 5711,27 ABŞ dolları (9709.16 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2024-cü ilin oktyabr ayında **********3637 və **********5035 nömrəli gömrük bəyannamələri əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 5711,27 ABŞ dolları (9709.16 manat) məbləğində vəsait "xxxx" Fermer Təsərrüfatı MMC-in Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" Fermer Təsərrüfatı MMC 2024-cü ilin oktyabr ayında **********3637 və **********5035 nömrəli gömrük bəyannamələri üzrə 5711,27 ABŞ dolları (9709.16 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Beləliklə də, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan "xxxx" Fermer Təsərrüfatı MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 9709.16 (doqquz min yeddi yüz doqquz manat, on altı qəpik) valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən (inzibati xətanı törədən fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli, 3-33-1700/012/002535 saylı raportla, gömrük bəyannamələri ilə təsdiq edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Fermer Təsərrüfatı MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Fermer Təsərrüfatı MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: 28 iyul 2025-ci il tarixli, 01400-06124/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Fermer Təsərrüfatı MMC-i 2024-cü ilin oktyabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 2 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 5711,27 ABŞ dolları (9709.16 manat) məbləğində vəsaiti Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürməmişdir. xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Xaçmaz Gömrük İdarəsində "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirərək "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 2024-cü ilin oktyabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan **********3637 və **********5035 nömrəli gömrük bəyannamələri üzrə 5711,27 ABŞ dolları (9709.16 manat) məbləğində vəsaitin "xxxx" Fermer Təsərrüfatı MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC-nə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə bildiriş göndərilmiş, "xxxx" Fermer Təsərrüfatı MMC-nin səlahiyyətli şəxsi tərəfindən 16 aprel 2025-ci il tarixdə qəbzə imza çəkilərək götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC-nə Xaçmaz Gömrük İdarəsində aparılan inzibati xəta haqqında 01400-06124/25 saylı işə xx.xx.2025-ci il tarixdə saat 10:00-da baxılması barədə məktub göndərilmişdir. 08 oktyabr 2024-cü il tarixli **********3637 və 11 oktyabr 2024-cü il tarixli **********5035 nömrəli gömrük bəyannamələrindən görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Rusiya Federasiyasına **********3637 nömrəli gömrük bəyannaməsi ilə göndərilən (18150kq) 77 nömrəli invoys dəyəri 21780.00 ABŞ dollları (37026.00 manat) və **********5035 nömrəli gömrük bəyannaməsi üzrə göndərilən (10045 kq) 78 nömrəli invoys dəyəri 25073.90 ABŞ dolları (42625.63 manat) olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə baxışı zamanı "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən **********3637 nömrəli gömrük bəyannaməsi üzrə göndərilən 77 nömrəli invoys dəyəri 21780.00 ABŞ dollları (37026.00 manat) olmuşdur. Lakin 77 nömrəli invoys dəyərindən xx.xx.2023-cü il tarixli QT/1720/23 nömrəli müqaviləyə 5 nömrəli əlavə - mükafatlara dair razılaşmaya əsasən 68 nömrəli invoyslar üzrə qarşı tərəfdən təqdim olunan cərimə sənədinə əsasən **********3637 nömrəli gömrük bəyannaməsindən 1576.8 manat çıxılmışdır. 77 nömrəli invoys dəyərindən həmin razılaşmaya əsasən 80 nömrəli invoys üzrə qarşı tərəfdən təqdim olunan cərimə sənədinə əsasən **********3637 nömrəli gömrük bəyannaməsindən 1022.01 manat çıxılmışdır. Həmçinin 77 nömrəli invoys dəyərindən mükafatlara dair razılaşmaya əsasən xx.xx.2024xx.xx.2024-cü ilədək göndərilən məhsulların 5% mükafat hesablanaraq bir hissəsi **********3637 nömrəli gömrük bəyannaməsindən 2067.74 manat çıxılmışdır. Ümumilikdə **********3637 nömrəli gömrük bəyannaməsindən 4666.5 manat çıxılmışdır. **********5035 nömrəli gömrük bəyannaməsi üzrə gönədərilən (10045 kq) məhsulun 78 nömrəli invoys dəyəri 25073.90 ABŞ dolları (42625.63 manat) olmuşdur. Lakin göndərilən məhsullar geri göndərilərək təkrar idxal olunmuşdur və bununla əlaqədar olaraq 2966.24 ABŞ dolları (5039.61 manat) cərimə tətbiq edilmişdir. GT-24-042783 saylı pretenziya məktubundan görünür ki, məhsulun bir qismi keyfiyyətsiz olduğundan "xxxx" Fermer Təsərrüfatı MMC 68 saylı faktura üzrə 1566.8 manat məbləğində cərimə olunmuşdur. GT-24-043776 saylı pretenziya məktubundan görünür ki, məhsulun bir qismi keyfiyyətsiz olduğundan "xxxx" Fermer Təsərrüfatı MMC 80 nömrəli faktura üzrə 1221.01 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" Fermer Təsərrüfatı MMC-nin hərəkətlərində AR İXM 483-cü maddəsində nəzərdə tutulmuş inibati xəta tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunan 5711.27 ABŞ dolları (9709.16) manat məbləğində vəsaitin "xxxx" Fermer Təsərrüfatı MMC-nin bankda olan hesablarına tam köçürülməməsinə səbəb qeyd olunan məbləğin ikitərəfli müqavilə ilə nəzərdə tutulmuş 5 % miqdarında mükafatın ödənilməsi öhdəliyi və faktura üzrə cərimələr olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin "əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gələrkən, yəni İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd etmişdir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 08 oktyabr 2024-cü il tarixli **********3637 nömrəli gömrük bəyannaməsinə əsasən hüquqi şəxs "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 18150 kq çəkisində, 21780.00 ABŞ dolları (37026.00 manat) dəyərində mallar və 11 oktyabr 2024-cü il tarixli **********5035 nömrəli gömrük bəyannaməsinə əsasən hüquqi şəxs "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 10045 kq çəkisində, 25073.90 ABŞ dolları (42625.63 manat) dəyərində mallar Rusiya Federasiyasına ixrac edilərək Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirilmişdir. İxrac edilmiş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduqları halda, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən ixrac edilən mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülmədiyi əsası ilə MMC-nin barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Fermer Təsərrüfatı MMCnin əməlində inzibati xəta tərkibi yoxdur, MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə inzibati icraatın başlanılaraq məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Fermer Təsərrüfatı MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: "xxxx" Fermer Təsərrüfatı MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-568/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-568/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver