Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-569/2024 22.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Göyçay "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq və təşkilatı işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Göyçay “AQROTEXSERVİS“ Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1783/2024 saylı məktubu ilə tələb edilən sənədləri (bu günədək səhmdar Alı Məhyəddinova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, 2022-2023-cü illər üzrə səhmdarların ümumi yığıncaqlarının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncaqların protokollarını və sözügedən yığıncaqlara səhmdar Alı Məhyəddinovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Göyçay "xxxx" ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə işə Göyçay "xxxx" ASC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Göyçay "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1783/2024 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra-Mərkəzi Bank) vətəndaş Alı Məhyəddinovun 6-1/1-M-28xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli müraciətinin araşdırılması üçün zəruri olan sənədlərin (bu günədək səhmdar Alı Məhyəddinova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd), (2022-2023cü illər üzrə səhmdarların ümumi yığıncaqlarının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncaqların protokollarını və sözügedən yığıncaqlara səhmdar Alı Məhyəddinovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) bildiriş əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi Göyçay "xxxx" ASC-dən xahiş edilmişdir. poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu xx.xx.2024-cü il tarixdə Göyçay "xxxx" ASC-nin ünvanına göndərilmiş və ASC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Göyçay "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-3389/2024 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 6-1-26/2-1783/2024 saylı, xx.xx.2024-cü il tarixli göstərişi ilə xahiş edilən məlumatlar Göyçay "xxxx" ASC-i tərəfindən təqdim edilmədiyi, sözügedən məlumatları 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Banka təqdim edilməsi, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə Göyçay "xxxx" ASC-nə sorğu verilərək zəruri sənədlərin 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş edilmiş, həmin sorğu xx.xx.2024-cü il tarixdə Göyçay "xxxx" ASC-nin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Lakin, Göyçay "xxxx" ASC tərəfindən həmin sənədlər 7 gün müddətində təqdim edilməmişdir. Bununla da, Göyçay "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Göyçay "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Göyçay "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Göyçay "xxxx" ASC-nin Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Göyçay "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-569/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-569/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver