Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-570/2023 15.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Burcalıyev Sabir Arzu oğlunun katibliyi, Barəsində qərar çıxarılmış şəxs X5, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X13 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X10 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən 700 manat inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin baş əmək müfəttişi X11 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X12 İdarəsi ilə X14 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83 və 172-ci maddələrinin tələbləri pozulmuş, ona son haqq-hesab gec ödənilmişdir. Baş əmək müfəttişi X11 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X18 tərəfindən xx.xx.2023-cü il tarixdə baxılmış, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinin məzmunundan və mahiyyətindən görünür ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanması və ödənilməsi zaman qanun pozuntularına yol vermiş vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilir. Burada vəzifəli şəxs dedikdə müəssisənin rəhbəri deyil, həmin hesablamanı və ödənişin verilməsini həyata keçirən vəzifəli şəxs, yəni mühasib, maliyyə şöbəsinin müdiri və.s başa düşülür. İşin hallarından göründüyü kimi X14 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmiş, bu barədə tərəfindən müvafiq əmr imzalanmış, həmin əmrdə Fəqan Şirinova son haqq-hesabın hesablanması və hazırki əmrin imzalandığı tarixdə onun əmək haqqı kartına ödənilməsinin təmin edilməsi, eləcə də həmin hissədə əmrin icrası mühasibatlığa həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi, tərəfindən X12 İdarəsi ilə X14 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilərkən sonuncuya son haqq-hesabın hesablanması və əmrin verildiyi tarixdə ödənişin verilməsinin təmin edilməsi mühasibatlığa tapşırılmış, lakin əmrin verildiyi tarixdə sənədləşmə iş saatının sonuna təsadüf etdiyindən, eləcə də növbəti gün qeyri-iş günü olduğundan son haqq-hesab mühasib tərəfindən hesablanaraq xx.xx.2023-cü il tarixdə Fəqan Şirinova ödənilməsi üçün 15 saylı Regional Xəzinədarlıq İdarəsinə göndərilmişdir. Son haqq-hesabın hesablanması və ödənilməsi İdarənin mühasibinin vəzifəsinə aid olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Barəsində qərar çıxarılmış şəxs X10 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X14 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi barədə əmr 14 iyun 2023-cü il tarixdə iş günün sonuna yaxın verilmişdir. 15 iyun 2023-cü il tarixi Qurtuluş gününə təsadüf etməklə qeyri-iş günü olmuşdur. 16 iyun 2023-cü il tarixdə isə X7 2023-cü ilin iyun ayında gördüyü işlərə yerində baxış keçirilmiş, müvafiq olaraq Akt tərtib edilmişdir. Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyətinin «06/03-82» saylı 30 iyul 2019-cu il tarixli məktubuna Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən verilmiş 2 saylı yekun cədvəldə olan kalkulyasiyasına uyğun olaraq müvafiq naryad vərəqəsi tərtib edilərək mühasibatlığa əmək haqqının ödənilməsi üçün təqdim edilmişdir. Son haqq-hesab hesablanmış və xx.xx.2023-cü il tarixdə ödənilməsi üçün müvafiq hesabat 15 saylı Regional Xəzinədarlıq İdarəsinə (RXİ) təqdim olunmuşdur. 15 saylı RXİ işin icrasını xx.xx.2023-cü il tarixdə təsdiq etmiş və həmin işin ardıcıllığı olaraq təkrar Mal (İş və xidmətlərin) Alışı Sənədini təsdiq üçün 15 saylı RXİ-yə təqdim edilmişdir. Əmək haqqı ödənilməsi üçün sifariş verdikləri məbləğ xx.xx.2023-cü il tarixdə X12 İdarəsinin "xxxx" ASC-nin Göyçay filialında olan hesablaşma hesabına köçürülmüşdür. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə X3 haqq-hesabı əmək haqqı kartına bağlı olan cari hesabına köçürülmüşdür. Göründüyü kimi, işçiyə son haqq-hesabın ödənilməsinin 20 iyun 2023-cü il tarixə təsadüf etməsi son haqq-hesabın hesablanması ilə əlaqəli prosedur qaydaları ilə bağlıdır. İşçiyə son haqq-hesabın əmr verilən gün təqdim edilə bilməməsi X12 İdarəsinin hər hansı vəzifəli şəxsinin, eləcə də onun təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək göstərdi ki, X16 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X13 xx.xx.2023cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4cü maddəsi ilə (işçinin əmək, məzuniyyət, ezamiyyə xərclərinin hesablanması və ödənilməsində yol verdiyi qanun pozuntusan görə) X10 barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. İnzibati qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də hesab edir ki, şikayət əsassızdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verdiyinə görə X12 İdarəsinin rəisi X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat inzibati qaydada cərimə edilmişdir. X12 İdarəsinin 14 iyun 2023-cü il tarixli 51/2 saylı əmrindən görünür ki, X12 İdarəsində ekskavatorçu vəzifəsində işləyən X14 ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən) xitam verilmiş və bu barədə məlumatların xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə daxil edilməsi, bu hissədə əmrin icrasının kadrlar şöbəsinə həvalə olunması barədə göstəriş verilmişdir. Eyni zamanda, həmin əmrlə X9 münasibətdə son haqq-hesabın hesablanması və hazırki əmrin imzalandığı tarixdə onun əmək haqqı kartına ödənilməsinin təmin edilməsi, bu hissədə əmrin icrasının mühasibatlığa həvalə edilməsi barədə göstəriş qeyd olunmuşdur. Həmçinin, X7 əmək kitabçası, eləcə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin hazırki əmrin imzalandığı gün X9 təqdim edilməsi və ya qeydiyyatda olduğu ünvanına poçt vasitəsi ilə göndərilməsi, bu hissədə əmrin icrasının kadrlar şöbəsinə həvalə olunması barədə göstəriş verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X14 heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verildiyi üçün müvafiq dövlət orqanlarına müraciət etmiş, həmin müraciət araşdırılmış və araşdırmanın nəticəsinə əsasən Fəqan Şirinova son haqqhesabın gec ödənilməsinə görə X12 İdarəsinin rəisi X10 barəsində İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən xx.xx.2023-cü il tarixdə sonuncu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi fərdin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İXM-in müddəalarının təhlilindən aydın olur ki, inzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İstinad edilən qanun normasının tələbindən göründüyü kimi, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsi ilə əlaqədar normativ hüquqi aktların tələblərini pozan şəxs(lər) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan xətanın subyektinə gəldikdə isə, normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olaraq məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, eləcə də riyazi hesablamalarda qanun pozuntusuna yol verməsinə görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini həyata keçirən hüquqi və ya fiziki şəxs olan sahibkarlıq subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İşin hallarından göründüyü kimi, X12 İdarəsinin ekskavatorçusu olmuş X4 haqqhesabın vaxtında verilməməsi halına görə X12 İdarəsinin rəisi X10 hər hansı məsuliyyət daşıya bilməz. Çünki, həmin haqq-hesabın hesablanması və ödənilməsi üçün məsul şəxs müəssisənin rəhbəri deyil, baş mühasibdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi barədə əmr 14 iyun 2023-cü il tarixdə iş günün sonuna yaxın verilməklə yanaşı, işçinin 2023-cü ilin iyun ayında gördüyü işlərə yerində baxış keçirilməsi, müvafiq aktın tərtib edilməsi, yuxarı təşkilatlarla razılaşdırmaların aparılması, təqdim edilmiş sənədlərin təsdiq edilməsinin məhz 14 iyun 2023-cü il tarixdə keçirilməsi qeyri-mümkün olmuşdur. Növbəti gün isə, yəni 15 iyun 2023-cü il tarixi Qurtuluş gününə təsadüf etməklə qeyri-iş günü olmuşdur. 16 iyun 2023-cü il tarixdə X7 2023-cü ilin iyun ayında gördüyü işlərə yerində baxış keçirilmiş, müvafiq akt tərtib edilmiş, müvafiq cədvəldə olan kalkulyasiyaya uyğun olaraq naryad vərəqəsi tərtib edilərək mühasibatlığa əmək haqqının ödənilməsi üçün təqdim edilmiş, son haqq-hesab hesablanmış və xx.xx.2023-cü il tarixdə ödənilməsi üçün müvafiq hesabat üst təşkilata təqdim olunmuş, üst təşkilat isə 17 və 18 iyun tarixləri qeyri-iş günləri olduğundan, işin icrasını xx.xx.2023-cü il tarixdə təsdiq etmiş, yenidən Mal (İş və xidmətlərin) Alışı Sənədini təsdiq etmək üçün üst təşkilata təqdim olunmuş, əmək haqqı ödənilməsi üçün X12 İdarəsinin sifariş verdiyi məbləğ obyektiv səbəblərdən ancaq xx.xx.2023-cü il tarixdə həmin İdarənin "xxxx" ASC-nin Göyçay filialında olan hesablaşma hesabına köçürülmüş, həmin gün də X3 haqq-hesabı əmək haqqı kartına bağlı olan cari hesabına köçürülmüşdür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, işçiyə son haqq-hesabın ödənilməsinin 20 iyun 2023-cü il tarixə təsadüf etməsi son haqq-hesabın hesablanması ilə əlaqəli prosedur qaydaları ilə (yerində iş həcminin müvafiq qaydada yoxlanılması, sənədləşmə işləri, üst təşkilatla razılaşdırmalar və s.) bağlı olmuşdur. İşçiyə son haqqhesabın əmr verilən gün təqdim edilə bilməməsi X12 İdarəsinin rəhbəri X5 təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməmişdir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin İdarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X10 barəsində inzibati icraat İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla aparıldığından, şikayəti qismən təmin edilməli, X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X13 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X13 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X2ytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-570/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-570/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver