Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-570/2024 10.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Vəkil və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Göyçay rayonu, Hacalıkənd kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, Göyçay rayonu, Hacalıkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 01 mart 2013-cü il tarixli, 2(046)- 206/2013 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 09 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 01 mart 2013-cü il tarixli, 2(046)-206/2013 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra Şəxs aliment borcundan 2024-cü ilin iyun və iyul ayında 300 manat ödəniş etsə də, 11150 manat aliment borcu qalmışdır. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış və o, izahatında tələbkar Zərərçəkmiş şəxs onunla birgə yaşaması və buna görə də aliment borcunun ödəməməsini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs 2013-cü il tarixdən bu günədək aliment borcunun ödənilməsi ilə bağlı icra şöbəsinə gələrək heç bir müraciət etməmiş, sonuncu dəfə 2023-cü il tarixdə icra şöbəsinə gələrək aliment borcunun ödənilməsini tələb etmişdir. İcra sənədi üzrə borclu Göyçay Rayon Məhkəməsinin 3(046)- 444/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən iki uşağın saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2013-cü il tarixdə nikahın pozulması ilə bağlı Göyçay Rayon Məhkəməsində iddia qaldırmış, sonradan barışıq olduğu üçün aralarında bağlanmış nikah pozulmamış, onunla ailəni bərpa edərək həmin ildən birgə təsərrüfat apararaq bir yerdə yaşamışlar. Sonradan Zərərçəkmiş şəxs ilə aralarında ailə daxili münaqişələr baş verən zaman Ruhiyyə yaşadıqları evi tərk edərək çıxıb getmişdir. Birgə yaşadıqları vaxtda Ruhiyyə ona qarşı aliment borcunun ödənilməsi ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. İcra məmurunun qeyd etdiyi aliment borcu onların birgə yaşadıqları vaxtda olan borcdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onunla ayrı yaşadığı müddət ərzində ona iki ay ərzində 300 manat aliment ödəmişdir. Hal-hazırda heç yerdə işləyə bilmədiyi üçün aliment borcundan ödəniş edə bilmir. Hər ay 200 manat aliment borcunun ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslə aralarında razılığa gəlmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, 2013-cü il tarixli məhkəmə qətnaməsinə əsasən Şəxs hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs ilə birgə yaşadıqları müddət ərzində daima evlərində aralarında ailə daxili mübahisələr yaranmış, mübahisə vaxtı ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Bununla bağlı dəfələrlə Göyçay rayon polis şöbəsinə gedərək ondan şikayətçi olmuşdur. Uzun müddətdir ki, o Göyçay şəhərində qızı Nərmin ilə birlikdə kirayədə yaşayır. Aliment borcunun ödənilməsi ilə bağlı icra şöbəsinə gedərək icra məmurundan borcun ödənilməsini tələb etmiş, lakin buna baxmayaraq müraciətinin heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə Şəxs aliment borcunu ödəmədiyi üçün məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilmiş, lakin həbsdən çıxdıqdan sonra da borcunu ödəməmişdir. Halhazırda aliment borcundan hər ay 200 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahat verərək göstərmişdir ki, Şəxs onunla birgə qonşuluqda yaşayır. Öz həyətində kənd təsərrüfatı işi ilə məşğul olaraq ailəsini dolandırır. İki uşağına qarşı bir valideyn kimi daima qayğı göstərib. Sonuncu dəfə ailəsi ilə aralarında olan söz-söhbətdən məlumatı yoxdur. Məhkəmədə şahid qismində izahat vermiş Şahid3 və Şahid2 Şahid1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Müdafiəçisi Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərər çəkmiş şəxs arasında barışıq əldə edilsə də hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1ci maddəsinin tərkib əlaməti yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 01 mart 2013-cü il tarixli, 2(046)-206/2013 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 01 mart 2013-cü il tarixli, 2(046)-206/2013 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyul 2024-cü il tarixli, 5-46-26/2- 083/2024 saylı məktubundan görünür ki, Göyçay RİHB-nın Qarabaqqal nümayəndəliyinin Hacalıkənd kənd sakini Şəxs arvadı Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış nikaha xitam verilsə də onlar uşaqları X6 və X5 ilə 2013-cü il tarixdən 2023-cü il tarixədək birlikdə yaşamışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə borclu Şəxs hal-hazırda borcu tam şəkildə ödənilməsi üçün yetərli olan gəlirə malik olmadığından icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu tam olaraq ödəyə bilmədiyi, aliment borcunun yaranmasına səbəb olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə birgə təsərrüfat apararaq birlikdə yaşaması icra nümayəndəliyinin məktubu və məhkəmə iclasında dindirilən şahidlərin izahatları ilə öz təsdiqini tapmış və Şəxs məhkəmə qətnaməsini icra etməkdən qəsdən yayınmadığı müəyyən edilmişdir. Bundan başqa hər ay 200 manat aliment borcunun ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmuşdur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarında göstərdikləri xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs zərər çəkmiş şəxslə bir yerdə yaşadığı üçün mövcud borcun yığıldığı öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, eyni zamanda zərərçəkmiş şəxslə razılıq əldə olunduğundan borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 8 iş saatı müddətində hüquqi yardım üçün 48 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-570/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-570/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver