Məhkəmə qərarları › İş №3(046)-575/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-575/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-575/2025 15.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1965-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Göyçay şəhəri, R.İsayev küçəsi, dalan 6, ev 1-də qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1060/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 3678 (üç min altı yüz yetmiş səkkiz) ABŞ dolları 02 (iki) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər X4, X1 və Şəxs müştərək qaydada iddiaçı Zərərçəkmiş şəxs QSC-nin xeyrinə tutulması, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən faiz borc üzrə 622 (altı yüz iyirmi iki) ABŞ dolları 81 (səksən bir) sent, cərimə üzrə 100 (bir yüz) ABŞ dolları, cəmi 722 (yeddi yüz iyirmi iki) ABŞ dolları 81 (səksən bir) məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər X4 və X1 müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məhkəmə xərcinin 5 (beş) manatı iddiaçı Zərərçəkmiş şəxs QSC-yə aid edilməsi, 15 (on beş) manatı müştərək qaydada cavabdehlər X4, X1 və Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs QSC-yə ödənilməsi, 10 (on) manat dövlət rüsumu cavabdehlər X4, X1 və Şəxs müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi və 195 (bir yüz doxsan beş) manat ekspertiza xərclərinin 45 (qırx beş) manatı iddiaçı Zərərçəkmiş şəxs QSC-dən, 150 (bir yüz əlli) manatı cavabdehlər X4, X1 və Şəxs müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 15 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1060/2018 saylı icra sənədi üzrə borclu Şəxs yaranmış 1452 manat borcunu ödəmədiyi üçün barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İcra sənədi üzrə borcun ödənilməsi müştərək qaydada olduğu üçün digər borclu X2 əmək haqqısından hər ay 90 manat icra sənədi üzrə pul tutulur. Zərərçəkmiş şəxs QSC borclu Şəxs borcdan ödəniş etmədiyi üçün borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o müqavilə üzrə zamin idi, amma nə qətnamədən nə də barəsində axtarış qərarının verilməsindən məlumatı olmamışdır. Polis şöbəsinin əməkdaşları ona zəng edərək polis şöbəsinə yaxınlaşmasını bildirmiş, polis şöbəsinə getdikdə borcun olmasından məlumatı olmuşdur. Onun ünvanına bugünədək nə məhkəmə tərəfindən qətnamə nə də ki, xəbərdarlıq məktubu gəlməmişdir. Hal-hazırda banka olan borcdan 150 manat ödəniş edir. Qalan borcnunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1060/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 3678 (üç min altı yüz yetmiş səkkiz) ABŞ dolları 02 (iki) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər X4, X1 və Şəxs müştərək qaydada iddiaçı Zərərçəkmiş şəxs QSC-nin xeyrinə tutulması, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən faiz borc üzrə 622 (altı yüz iyirmi iki) ABŞ dolları 81 (səksən bir) sent, cərimə üzrə 100 (bir yüz) ABŞ dolları, cəmi 722 (yeddi yüz iyirmi iki) ABŞ dolları 81 (səksən bir) məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər X4 və X1 müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məhkəmə xərcinin 5 (beş) manatı iddiaçı Zərərçəkmiş şəxs QSC-yə aid edilməsi, 15 (on beş) manatı müştərək qaydada cavabdehlər X4, X1 və Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs QSC-yə ödənilməsi, 10 (on) manat dövlət rüsumu cavabdehlər X4, X1 və Şəxs müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi və 195 (bir yüz doxsan beş) manat ekspertiza xərclərinin 45 (qırx beş) manatı iddiaçı Zərərçəkmiş şəxs QSC-dən, 150 (bir yüz əlli) manatı cavabdehlər X4, X1 və Şəxs müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(046)-1060/2018 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs borcdan 150 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs əsas borcluya zamin durmuş, ona icra sənədi haqqında məlumat verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Əksinə borclu icra sənədindən məlumat alan kimi borcundan 150 manat ödəniş etmiş, 1302 manat borcu qalmışdır. Belə olan halda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, icra sənədi ilə bağlı borcdan 150 manat ödəniş etməsi icra məmurunun təqdim etdiyi ödəniş qəbzindən öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1060/2018 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 15 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar