Məhkəmə qərarları › İş №3(046)-576/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-576/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-576/2023 20.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X2nun iştiraki ilə, Bakı şəhər BPİ-nin X24 İdarəsinin polis mayoru X4 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X24 İdarəsinin polis mayoru X4 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhər X24 İdarəsinin Yol patrul xidməti inspektoru polis baş serjantı X10 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Bakı şəhər BPİ-nin X24 İdarəsinin polis mayoru X8 tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə 50 manat cərimə olunmuşdur. Həmin qərar ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli protokolda onun xx.xx.2023-cü il tarixdə saat 00:42-də Bakı şəhərində “KİA SORENTO” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən mobil telefonu əlində saxlayaraq ondan istifadə etdiyi üçün cərimə olunmuşdur. Qeyd edir ki, bununla bağlı Bakı şəhər X24 İdarəsi əvvəl də ona qarşı TP ******* nömrəli cərimə qərarı vermiş, o həmin qərarın ləğv edilməsi üçün Göyçay Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayəti qismən ləğv edilərək iş yenidən baxılması üçün geri qaytarılmışdır. Lakin Bakı şəhəri X22 İdarəsi tərəfindən yenidən əsassız və qanunsuz olaraq barəsində qərar qəbul edilərək 50 manat cərimə olunmuşdur. Həmin qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsini 8ci maddəsinə əsasən vətəndaşın təqsiri tam subut edildikdən sonra ona protokol yazılmalı və qərar verilməlidir. İnzibati xətanın törədilməsi ilə bağlı bütün şübhələr protokol yazılmış şəxsin xeyrinə həll edilməlidir. Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli qərarı ilə Göyçay rayon Məhkəməsinin qərarına əsasən ləğv edilmiş TP ******* nömrəli qərar arasında heç bir fərq yoxdur. Sadəcə olaraq DYPİ-i köhnə qərarın tarixini və nömrəsini dəyişərək ona təqdim etmişdir. Sonuncu protokolda o, öz etirazını qeyd etmiş, səsyazma və videogörüntüləri tələb etmiş, lakin polis əməkdaşı bu sübutları ona göstərməkdən imtina edərək qeyd etmişdir ki, həmin sübutlar ona məhkəmədə göstəriləcək. Polis əməkdaşının yeganə təqdim etdiyi sübut hal şahidləridir ki, bu hal şahidləridə keçmiş polis əməkdaşlarıdır və ya Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq etmiş şəxslərdir. Hal şahidlərinin şəxsiyyəti və əvvəlki əmək fəaliyyətləri araşdırılmalı və ümumiyyətlə Bakı şəhəri DYPİ-nin başqa qərarlarında bu şəxslərin şahidlik edib etməmələri yoxlanılmalıdır. Eyni zamanda o, hal-şahidlərinin çağırılmasını və verdikləri şahidliyin şəxsən təsdiq etmələrini tələb etsə də, Bakı şəhər Yol Polisi İdarəsinin əməkdaşı bunu etməkdən imtina edərək qeyd etmişdir ki, qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etsə hal şahidləri öz ifadələrini məhkəməyə gələrək təsdiq edəcəklər. Ona protokol tərtib edib cərimə yazan polis əməkdaşı onu əvvəlcə sərxoş vəziyyətdə avtomobili idarə etməyindən şübhələndiyi üçün saxla əmri işarəsi vermiş, idarəetməni dayandırdıqdan sonra onun ayıq olduğu müəyyən edildikdən sonra telefonla danışmağı bəhanəsi ilə cərimə yazılmışdır. Qeyd etdiklərində sübut olunur ki, Bakı şəhəri X24 İdarəsinin polis mayoru X4 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı əsassız və qanunsuzdur. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayət ərizəsinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, X13 27 may 2023-cü il tarixdə saat 00:42 radələrində Bakı şəhəri X23 küçəsi ilə KİA SORENTO minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən mobil telefondan istifadə etdiyinə görə saxlanılmışdır. 27 may 2023-cü il tarixində xətanı aşkar etmiş YPX inspektoru polis serjantı X10 dərhal inzibati xəta haqqında protokol tərtib etmiş xətanın mahiyyəti barədə məlumat verərək hüquq və vəzifələrini izah etmişdir. Eyni zamanda həmin vaxt X13 tərəfindən hərəkətdə olarkən mobil telefondan istifadə etməsi digər mexaniki nəqliyyat vasitələrinin sürücüləri tərəfindən verilmiş izahatda öz əksini tapmışdır. Həmin faktı X13 öz şikayətində təsdiq etmişdir. »Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Buna görə də şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X13 27 may 2023-cü il tarixdə, saat 00:42-də Bakı şəhəri X23 küçəsində “KİA SORENTO” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 342.6cı maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X13 İXM-nin 342.6-cı maddəsi ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında biri digərini təkzib etməyən sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:42-də Sadiq Mayılov istifadəsində olan “KİA SORENTO” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri X23 küçəsində idarə edərkən Bakı şəhər X24 İdarəsinin Yol patrul xidməti inspektoru X10 onu saxlatmış, mobil telefondan istifadə etdiyi üçün barəsində İXM-nin 342.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokola əsasən Bakı şəhər BPİ-nin X24 İdarəsinin polis mayoru X1 Sadiq Çingiz oğlunu İXM-nin 342.6-cı maddəsi ilə təqsirli bilmiş və 50 manat inzibati qaydada cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Həmin qərardan X3 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayəti qismən təmin edilmiş, inzibati qərar ləğv edilmiş, yenidən baxılması üçün Bakı BPİ-nin DYPİ-nə göndərmişdir. Bundan sonra Bakı şəhər BPİ-nin X24 İdarəsinin polis mayoru X8 xx.xx.2023-cü il tarixdə X13 barəsində İXM-nin 342.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, onu 50 manat inzibati qaydada cərimə etmişdir. Bakı şəhər BPİ-nin X24 İdarəsinin polis mayoru X1 Sadiq Çingiz oğlunu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilərkən sübut kimi hal şahidləri X5 və X11 verdiyi izahata əsaslanmışdır. Lakin inzibati xəta haqqında protokolda X12 və X17 hal şahidləri kimi qeyd edilməmiş, protokolda bu barədə heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. İstinad olunan maddələrdə nəzərdə tutulan inzibati xətanın baş verməsi üçün sürücü tərəfindən nəqliyyat vasitəsi idarə olunarkən onun mobil telefondan istifadə etməsi halı müəyyən edildiyi halda sürücü Azərbaycan Respublikası İXM-in 342.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. X13 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona istinad edilən inzibati xətanı törətdiyinə dair elektron video müşahidə vasitələri ilə qeydə alındığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X13 barəsində inzibati icraat İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla aparıldığından, şikayəti təmin edilməli, X13 barəsində Bakı şəhər BPİ-nin X24 İdarəsinin polis mayoru X8 tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X7 şikayəti təmin edilsin. X13 barəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhər BPİ-nin X24 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X13 barəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar