Məhkəmə qərarları › İş №3(046)-579/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-579/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-579/2025 18.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X3 iştirakı ilə xx.xx.1986-cı ildə Göyçay rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay şəhəri, X11 küçəsi, dalan 2, ev 14 qeydiyyatda olan və yaşayan.. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu, Çaxırlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ünvanına küçədə nalayiq ifadələr işlətmiş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs və əmisi Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək bir-birlərini söyüb təhqir olunduqlarını bildirmişlər. Qarşlıqlı müraciət əsasında araşdırılma aparılmış, Zərərçəkmiş şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Şəxs barəsində də İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunaraq daha ağır təhbeh tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunduğundan (inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi) baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Göyçay rayon Çaxırlı kəndində ən böyük sahibkarlardan biri də odur. Meyvə bağları və taxıl sahələri vardır. O, həmin bağın və taxıl sahəsinin suvarılmasında çox əziyyət çəkdiyi üçün 11 saylı Mingəçevir mərkəzi regional su melorasiya əməkdaşlarına şikayət etmiş, şikayət əsasında əməkdaşlar gələrək araşdırma aparmışlar. Həmin ərazidə Zərərçəkmiş şəxs balıq gölü var. Araşdırılma zamanı onlardan izahat alındıqdan sonra qarşı tərəfin də mövqeyin öyrənmək üçün Zərərçəkmiş şəxs ərazisinə getmişlər. Aprel ayından bugünək 9 dəfə akt tərtib olunmuş, həmin aktlar Göyçay rayon İcra Hakimiyyəti, Göyçay rayon polis şöbəsi, 11 saylı X12 Melorasiyanın əməkdaşları tərəfindən tərtib edilmiş, akta əsasən suyun növbəli şəkildə verilməsi gündəliyə bölünmüşdür. Suyun 3 gün Zərərçəkmiş şəxs 7 gün onlara verilməsi nəzərdə tutulmuşdur. Onlar həmin 3 gün ərzində heç bir vaxt müdaxilə etməmişlər. Onlara su verilən vaxtı Zərərçəkmiş şəxs suya müdaxil edərək həmin suyu özünə məxsus olan gölə yönləndirməyə başlamışdır. Bunun üçün də aralarında mübahisələr olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ondan izahat alınmış, qarşı tərəfin də fikrin öyrənmək üçün Zərərçəkmiş şəxs ərazisinə getməklərini dedikdə, o əməkdaşlara Zərərçəkmiş şəxs onlara görən kimi söyüb təhqir etdiyini, səs-küy yaradaraq mübahisə yaradacağını demişdir. Daha sonra 4 nəfər onlar, katib, icra nümayəndəsi, bələdiyyə və su melorasiyanın əməkdaşları Zərərçəkmiş şəxs ərazinə getmiş, onlar avtomobildən düşəndə Vidadi uca səslə qışqıraraq “bu banditləri bura mənim gölümün başına nəyə gətirmisiz” deyərək ona, qardaşına, atasına və qonşusunun ünvanına nalayiq söyüşlər söymüşdür. Zərərçəkmiş şəxs ona qarşı nə söyüşlər söyübsə özünə getsin demişdir. Göyçay rayon polis şöbəsində də izahatında qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ona nə söyüş söymüşsə “özünə getsin” demiş, ona polis əməkdaşı həmin ifadənində söyüş sayıldığını bildirdikdə izahatında söyüş söydüyünü bildirmiş, halbu ki, o Zərərçəkmiş şəxs ünvanına qarşı söyüş söyməmişdir. Etirafedici izahatını polis əməkdəşlarının göstərişi ilə yazmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, hal-hazırda Şəxs göstərdiklərinin çox hissəsi yalandır. Ona görə ki, onun məhkəməyə şahid qisməndə gətirdiyi şəxslər qrup halında birləşmiş şəxslərdir. Hadisə vaxtı həmin ərazidə 4 nəfər deyil 14 nəfər şəxs olmuşdur. Şəxs və onun ətrafında olan şəxslər o, hara getmişsə mobil telefon vasitəsi ilə onun hər addımını video çəkilişlə çəkərək izləmişlər. O, əgər Şəxs qarşı nalayiq söyüşlər söymüşsə həmin video şəkiliş aparan 4 nəfər şəxsdən biri sübut etsin ki, həqiqətən Şəxs qarşı söyüş söymüşdür. Şəxs onun qardaşının oğludur. Bir neçə il öncə onlar Moskvada xoşa gəlməz hərəkətlərə yol verdikləri üçün aralarında inciklik olmuşdur. 2023-cü il tarixdə axsam saat 11 radələrində toy məclisindən çıxarkən ictimai yerdə ailəsinin yanında Şəxs heç bir səbəb olmadan onun sifət nahiyyəsindən vuraraq burnunu qıraraq xəsarət yetirmişdir. Sonra araşdırılma polis şöbəsində aparılmış, 2024-cü ilin iyul ayında hakim İbrahim Fəttahovun sədrliyi ilə Şəxs 1 il 6 ay azadlığına məhdudiyyət qoymuşdur. Hal-hazırda Şəxs ayağında elektron nəzarət cihazı vardır. Şəxs ilə aralarında münaqişə 2 ildir ki, davam edir. Şəxs onu bir qrup şəxslə şərləmək və böhtan atmağa çalışır. Onlarla onun arasında mübahisə daima onun yaşadığı evin qarşısında baş vermiş, o bir dəfə də olsun onların ərazisinə getməmişdir. Onlar bir qrup şəklində gələrək onun yaratdığı təsərrüfatı məhv edib ona məxsus gölü qurutmağa çalışmışlar. Məsələ ilə bağlı onların əsassız şikayətləri ilə bağlı Şəki İnzibati və Kommersiya məhkəməsində işə baxılmış, gölün fəaliyyətinin davam etdirilməsi qərara alınmışdır. Onlar iddia edirlər ki, onun sənədləri saxtadır. O dəfələrnən Azərbaycan Respublikası Baş Prokurorluğunda və Göyçay rayon prokurorluğunda olmuşdur. Sənədi saxta olsaydı əgər gölün fəaliyyətinin davam etdirilməsinə necə icazə verilə bilərdi. Şəxs ondan əsassız yerə şikayətlər edir, ona qarşı şər-böhtan atır. Məhkəmə iclasında şahid qismində iahat vermiş Şahid2 izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onlar əkin və taxil sahəsinə su buraxan zaman maneəçilik törətmişdir. Belə ki, suyun buraxılması ilə bağlı cədvəl tərtib edilmiş, 3 gün Zərərçəkmiş şəxs bir həftdə su onlara verilməsi qərar alınmış, lakin onların növbəsi olan zaman Zərərçəkmiş şəxs suyun gəlişinə müdaxilə etmişdir. 11 saylı X6 Xidmətinin əməkdaşları ilə birlikdə Zərərçəkmiş şəxs ərazisənə getmişlər, orada Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək “bura banditlər gəlir” demişdir. Orda o Şəxs söyüş söydüyünü eşitməmiş, o Zərərçəkmiş şəxs söyüşlərinə münasibətdə “söyüşlrəin özünə gəlsin” demişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 Şahid2 izahatına uyğun eyni məzmunlu izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, səs-küy olduğundan Şəxs söyüş söydüyünü eşitməmişdir. X1 çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, istər iş materillarında istərsə də şahid ifadələrində Şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməyi öz təsdiqin tapmamışdır. Buna görə də Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu, Çaxırlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ünvanına küçədə nalayiq ifadələr işlətmiş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seiyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o Zərərçəkmiş şəxs söydüyünü etiraf etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün surətinə əsasən Şəxs AR CM 127.1-ci maddəsi ilə təqsirlirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. DVD diskə əlavə edilmiş videoyazıdan müəyyən olunur, ki Şəxs və Zərərçəkmiş şəxs digər şəxslərlə birlikdə müəyyən ərazidədirlər. Videogörüntünün səsyazısı aparılmadığına görə orada deyilənləri müəyyən etmək mümkün olmamış, lakin Şəxs və Zərərçəkmiş şəxs aqressiv şəkildə bir birlərinə müraciət etmələri müşahidə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmədiyini, bildirsə də, onun irəli sürdüyü bu hal iş materillarında olan sənədlərlə təkzib olunur. Belə ki, Şəxs söyüş söydüyünü polis şöbəsində verdiyi izahatda, daha sonra məhkəmə iclasında söyüş deyil “özünə gəlsin” ifadəsini yüksək səslə deməsinin etiraf etməsi, iş materiallarında olan videogörüntüdən də tərəflərin əsəbi şəkildə ictimai yerdə mübahisə etməsi ictimati qaydanı pozan hərəkət kimi qiymətləndirilir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs şəxsiyyətini xarakterizə edən hallara münasibətdə vurğulmaq istəyir ki, barəsində protokol tərtib edilmiş şəxs eyni xarakterli əməllərin törədilməsinə meyillidir. Belə ki, onun barəsində İXM 510-cu maddəsində nəzərdə tutlmuş xətanın törədilməsinə görə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında haqqında protokol tərtib edilmiş, lakin görünür ki, onun barəsində daha ağır təhbeh tədbirinin tətbiq edilməsi zəruridir. Həmçinin, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün surətinə əsasən Şəxs AR CM 127.1-ci maddəsi ilə hal-hazırda cəza çəkir, və həmin cinayət işi üzrə zərərçəkmiş şəxs hazırki iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs olmuşdur. Şəxs məsuliyyətini ağırlaşdıran hal inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsidir. Məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 18 avqust 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X5 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 5 iş saatı müddətində hüquqi yardım üçün 55 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar