Məhkəmə qərarları › İş №3(046)-58/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-58/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-58/2021 11.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, Göyçay Aqrotexservis ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Göyçay Aqrotexservis ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx xxxxxx 2021-ci il tarixdə MN ******* saylı inzibati xəta protokolu tərtib edilmiş ona görə ki, Bankın xx.xx.2021-ci il tarixli, 26-1xx-xx-2020 saylı göstərişi əsasında sorğu ilə tələb edilən sənədləri Göyçay Aqrotexservis ASC tərəfindən banka təqdim edilməmişdir. Məhkəmənin vaxtı və yeri barəsində Göyçay Aqrotexservis ASC-yə məlumat verilmiş, lakin nümayəndə məhkəmə baxışında iştirak etməmişdir. Təqdim edilmiş materiallardan görünür ki, Göyçay Aqrotexservis ASC hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası İXM-nin 548.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Göyçay Aqrotexservis ASC lazımi sənədləri Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etmədiyindən Göyçay Aqrotexservis ASC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Göyçay Aqrotexservis ASC–yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Göyçay Aqrotexservis ASC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Göyçay Aqrotexservis ASC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Göyçay Aqrotexservis ASC-yə 1500 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar