Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-581/2023 25.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, xx.xx.1987-ci ildə Göyçay rayonu Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Çərəkə kəndində yerləşən Azad Məmmədovun işlətdiyi kafedə həmkəndliləri ilə birlikdə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. İnzibati xətanın baş verməsi inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahid izahatları ilə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu Çərəkə kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Azad Məmmədovun işlətdiyi kafedə yeyib-içdikdən sonra həmkəndliləri X2, X1, X5, X11 və X6 ilə birlikdə 20 qəpikdən kartla qumar oynamışlar. Təxminən 1 saata qədər qumar oynadıqdan sonra kafeyə polis əməkdaşları daxil olmuş, onların qumar oynadıqlarını görüb masanın üstündə qumara qoyulmuş 6 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüşlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Azad Məmmədovun işlətdiyi kafedə yeyib-içdikdən sonra həmkəndliləri X2, X1, Şəxs, X11 və X6 20 qəpikdən kartla qumar oynamışlar. Təxminən 1 saata qədər qumar oynadıqdan sonra kafeyə polis əməkdaşları daxil olmuş, onların qumar oynadıqlarını görüb stolun üstündə qumara qoyulmuş 6 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüşlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. 05 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola 9 manat pul vəsaiti və 36 ədəd kart əlavə edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş, əməlində İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması müəyyən edilməsi məsələsinə baxılması üçün qərarın surəti Göyçay rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İş üzrə tədqiq edilmiş sübutları nzərə alıb,hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 9 (doqquz) manat pul vəsaiti və 36 (otuz altı) ədəd kart müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-581/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-581/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver