Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-582/2023 25.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Göyçay rayonu Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Çərəkə kəndində yerləşən Azad Məmmədovun işlətdiyi kafedə həmkəndliləri ilə birlikdə pul müqabilində kart oyununu oynayaraq qumar oyununda iştirak etmişdir. Şəxs izahat verərək göstərmişdir ki, Göyçay rayonu Çərəkə kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Azad Məmmədovun işlətdiyi kafedə yeyibiçdikdən sonra həmkəndliləri X8, X2, X6, X1 və X7 ilə birlikdə 20 qəpikdən kartla qumar oynamışlar. Təxminən 1 saata qədər qumar oynadıqdan sonra kafeyə polis əməkdaşları daxil olmuş, onların qumar oynadıqlarını görüb masanın üstündə qumara qoyulmuş 9 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüşlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Törətdiyi əməlindən peşmandır. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş, əməlində İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması müəyyən edilməsi məsələsinə baxılması üçün qərarın surəti Göyçay rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Çərəkə kəndində yerləşən Azad Məmmədovun işlətdiyi kafedə həmkəndliləri ilə birlikdə pul müqabilində kart oyununu oynayaraq qumar oyununda iştirak etmişdir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 9 (doqquz) manat pul vəsaiti və 36 (otuz altı) ədəd kart müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-582/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-582/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver