Məhkəmə qərarları › İş №3(046)-585/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-585/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-585/2025 08.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 16 avqust 1989-cu il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 93-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli, 2(046)-193/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.69 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Borclu Şəxs icra qeydi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 22 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli, 2(046)-193/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.69 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bununla bağlı xx.xx.2025ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş təqdim olunmuşdur. Görülmüş icra tədbirləri nəticəsində borlu Şəxs 1758 manat aliment borcu yaranmışdır. Borclu Şəxs hal-hazırda aliment borcunu ödəmir. Ödəməməsinə səbəb olaraq uşağının onun yanında qalmasını bildirərək aliment borcunu ödəməkdən imtina etmişdir. İcra sənədi üzrə borclu aliment borcundan bugünədək 762 manat ödəniş etmişdir. Borclu Şəxs uşağın 1 ay müddət anası Zərərçəkmiş şəxs yanında qaldığını, qalan müddət ərzində onunla birlikdə yaşadığını bildirmişdir. Aylıq alimentin miqdarı 276 manat təşkil edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə iddia edir ki, uşaq 3 ay müddətdir ki, Şəxs yanında olmuş, qalan müddət isə onun himayəsində qalmışdır. Tərəflər arasında razılıq olmadığı üçün borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. İlkin məhkəmə baxış iclasında Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında göstərmişdir ki, təqdim etdiyi sənədlərdən də göründüyü kimi əvvəllər uşaq Zərərçəkmiş şəxs yanında qalmış, sonra isə müdafiə etdiyi şəxs uşağı yaşadığı evə gətirmiş, həmin vaxtdan etibarən, yəni xx.xx.2024-cü il tarixdən uşaq atasının himayəsində olmuş, məktəbə Şəxs özü aparmış, bu hətda 5 saylı tam orta məktəbin müəllimləridə təsdiq edə bilərlər. Uşağın bütün maddi məsrəflərini və valideyinlər iclasında Şəxs iştirak etmişdir. Qərar qəbul edildikdə göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.69 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Zərərçəkmiş şəxs ilə faktiki ayrıldıqdan yəni 2024-cü ilin noyabr ayından uşaq onun yanında qalmışdır. Uşağın onun yanında qalması ilə bağlı əlində sübutlar vardır. 2025-ci ilin may ayında uşaq anası Zərərçəkmiş şəxs yanında olmuş, uşağı görmək istədikdə ona müxtəlif bəhanələr gətirmişlər. Daha sonra Almaniyada yaşayan qardaşı gələrək uşağı görmək istəmiş, uşağı gətirərək qardaşı ilə görüşdürmüş, uşaq sonra anasının yanına geri qayıtmaq istəməmişdir. Uşağın geri qayıtması ilə bağlı Göyçay rayon polis şöbəsinin və İcra və Probasiya şöbəsinin əməkdaşları gələrək uşağı aparmaq istəmiş, lakin uşaq getmək istəməmişdir. Məhkəmə qətnaməsindən sonra uşağı onun yanında qalmışdır. Bundan başqa Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun əli və qolu bağlanaraq uşağı vəhşiliklə qaynanasının iştirakı ilə aparılaraq anasına verilmişdir. Müvəqqəti təminat tədbiri haqqında qərardaddan və məhkəmə qətnaməsindən şikayət verməməsinin səbəbi isə Zərərçəkmiş şəxs və onun anası ilə üzbə-üz gəlmək istəməməsi olmuşdur. Hesab edir ki, onun aliment borcu yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs ilə aralarında bağlanmış nikah pozulmuş, həmin müddətə kimi Şəxs uşaq nə vaxt görmək istəmişdirsə uşağı ona vermişdir. Şəxs qeyd etdiklərinin hamısı yalandır. Nikahın pozulmasına az bir müddət qalmış, Tərlan ona mobil telefon vasitəsi ilə sms yazıb göndərmişdir ki, uşağı ondan almaq və məhkəməyə təqdim etmək üçün uşağın foto şəkillərin çəkdiyini bildirmişdir. Şəxs nikahın pozulmasından sonra bir dəfə gəlmiş, həmin vaxt ona təhqir edici ifadələr işlətmiş, daha sonra isə gəlməmişdir. Sonra məhkəmə olmuş, dəfələrnən çağırışlara gəlməmiş, xx.xx.2025-ci il tarixdə Tərlanın bacısının oğlu gələrək uşağı aparmışdır. Bir müddət sonra ona uşağın əmisinin Göyçayda olduğunu, uşaqla vaxt keçirtmək istədiyini ona bildirilmiş, o da etiraz etməmiş, lakin sonradan uşağı gətirərək ona təhvil verməmişdirlər. Sonra Göyçay rayon polis şöbəsinə gedərək məlumat vermiş, məhkəmənin sədri Elçin müəllimin qəbulunda olmuş və bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən uşaq ona verildiyi halda Şəxs ona uşağını qaytarmır. O, dəfələrnən icra şöbəsinə gedərək uşağını tələb etmiş, lakin icra məmuru ona Şəxs axtarışı verildiyini bildirmiş, sonra yenidən getdikdə icra məmuru ona polis orqanı öz işini görmədiyi üçün axtarışın nəticəsiz qaldığını bildirmişdir. İşlə bağlı o, Bakı şəhərinə Daxili İşlər Nazirliyinə gedərək şikayət tələbini bildirmişdir. Daha sonra rayon polis şöbəsinin İTB-nin rəisi ona məlumat verdi ki, Şəxs saxlanılaraq icra məmuruna təhvil verildiyi bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli, 2(046)-193/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.69 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli, 2(046)-193/2025 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək iddia edilən 1758 manat aliment borcundan hazırda heç bir ödəniş edə bilmədiyini, çünki qızı Yağmur Nuriyevanın may ayından iyun ayınadək cəmi 1 ay müddət anası Zərərçəkmiş şəxs ilə birlikdə olduğunu, qalan müddət ərzində onun yanında olduğunu və bu səbəbdən də aliment ödəmək istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsi Göyçay rayonu üzrə təhsil sektoru Göyçay şəhər 5 nömrəli tam orta məktəbin direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Sıracəddin Eyvazov tərəfindən verilmiş məktubdan görünür ki, Göyçay şəhər 5 nömrəli tam orta məktəbin 2024-2025-ci tədris ilində məktəbəhazırlıq qrupunda təhsil alan X2 2024-cü ilin oktyabr ayından təhsili ilə maraqlanan və məktəbə gətiribaparılmasında iştirak edən atası Şəxs olmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində gətirilmə tətbiq edilmişdir. İşin materiallarından görünür ki, borclu Şəxs 1758 manat borcu mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi "Məhkəmələr və hakimlər haqqında” qanunun 5ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 2024-cü ilin noyabr ayından onun yanında yaşaması, cəmi 1 ay müddətində anası Zərərçəkmiş şəxs yanında olduğunu, sonra isə onun himayəsində qaldığını və buna görə də aliment borcunun olmadığını iddia etsə də, təqdim etdiyi sənədlərdən bu hal öz əksin tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması və sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Şəxs tərəfindən iddia ərizəsinə etiraz edilməmiş, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Bu hal iddiaçı Zərərçəkmiş şəxs nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddia ərizəsini qəbul edilməsi kimi qiymətləndirilir. Bundan başqa Zərərçəkmiş şəxs müvəqqəti təminat haqqında ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə Göyçay Rayon Məhkəməsində nikahın pozulması və sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Zərərçəkmiş şəxs ərizəsi qismən təmin edilərək xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin tutularaq uşağın anası Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı rəsmi şəkildə təqdim olunmuş, lakin Şəxs tərəfindən şikayət verilməmiş, bu isə öz növbəsində məhkəmə qərardadı ilə razılaşmasının göstəricisidir. Belə olan halda Şəxs məhkəmə iclasında xx.xx.2019-cu il təvəllüdlü X2 onun himayəsində olmasını bildirməsi təkzib edir. Məhkəmə qeyd edir ki, Şəxs icra sənədi üzrə borcunu məhkəmə aktında göstərildiyi qaydada təmin etməmiş, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməyərək icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə aktına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51,53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar