Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-587/2025 28.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X8 tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda hüquqi şəxs Şəxs direktoru X10 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X3 2024-cü il aprel ayından 2024-cü ilin noyabr ayınadək bağban işlərinin görülməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Qeyd olunanlar X5, X10, X4, X7 və X6 izahatları, X1 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatları ilə təsdiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinə və hüquqi şəxs Şəxsnə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, inzibati işə onların iştirak olmadan baxılması ilə əlaqədar hər hansı vəsatətlə məhkəməyə müraciət edilməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin və hüquqi şəxs Şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs təmsil edən və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan rəhbərliyi tərəfindən vətəndaş X5 2024-cü il aprel ayından 2024-cü ilin noyabr ayınadək bağban kimi Göyçay şəhəri, Xurşidbanu Natəvan, ev 118-də yerləşən Şəxs tərəfindən qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan işlərin görülməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. X2 ərizə ilə etdiyi müraciətdən görünür ki, əmək müqaviləsi olmadan Şəxsndə işləməsinə görə Şəxs İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq ona ödənilməmiş 2000 manat əmək haqqının ona verilməsinə dair tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında qərarda adı qeyd edilən şəxsin Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənat icraatlar idarəsində verdiyi izahatdan görünür ki, X5 Şəxsndə qərarda qeyd olunan tarixlərdə bağban kimi işlədiyini, həmin dövrdə onunla hər hansı əmək müqaviləsi bağlanmadığını, aralarında razılağa əsasən aylıq əmək haqqı 400 manat olsa da, yalnız aprel-iyul aylarında hər ay 200 manat əmək haqqı nəğd formada verildiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1 -ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri, hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq, öz daxili inamına əsasən qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə irəli sürülmüş iddia öz sübutunu tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsi isə imperativ qaydada müəyyən edir ki, əmək müqaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən hüquqi qüvvəyə minir. Bu normalar, işçi və işəgötürən arasında münasibətlərin hüquqi müstəvidə yaranmasının və işçinin sosial təminatlarının (məzuniyyət, sosial sığorta, pensiya təminatı və s.) təmin edilməsinin fundamental əsasını təşkil edir. İş üzrə müəyyən edilməli olan əsas hüquqi məsələ, Şəxs tərəfindən vətəndaş X2 əmək fəaliyyətinə cəlb edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulubpozulmamasından, yəni hüquqi şəxsin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olub-olmamasından ibarətdir. İş materiallarında mövcud olan və adı çəkilən X2 prokurorluq orqanlarında verdiyi ilkin izahatından birmənalı şəkildə görünür ki, Şəxsndə əmək fəaliyyətinə 2024-cü ilin aprel ayından etibarən başladığını və həmin ilin noyabr ayınadək işlədiyini təsdiq etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda X2 2024-cü ilin aprel ayından 2024-cü ilin noyabr ayınadək əmək müqaviləsi olmadan bağban kimi işlərin görülməsinə cəlb edildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, X2 əmək müqaviləsi məlumatları X1 Sistemi vasitəsilə yoxlanıldıqda həmin şəxsə məxsus FİN məlumatları üzrə ümumiyyətlə əmək müqaviləsinin olmadığı müəyyən edilmişdir. Beləliklə, toplanmış sübutların məcmusu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində verilmiş ilkin izahatlar, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və işçilərlə bağlanmış əmək müqavilələrinin tarixçəsindən Şəxs tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini sübut edir. İnzibati tənbehin növü və məbləği müəyyən edilərkən, məhkəmə İXM-nin 31-ci maddəsini rəhbər tutaraq, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmamasını, törədilmiş xətanın işçinin fundamental əmək hüquqlarını pozmaqla yüksək sosial təhlükəlilik dərəcəsini, hüquqi şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq, İXM-nin 192.1-ci maddəsinin sanksiyası çərçivəsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş cərimənin tətbiq edilməsini ədalətli, mütənasib və qanunun məqsədlərinə uyğun hesab edir. Bu tənbeh tədbiri həm cəzalandırma, həm də gələcəkdə Cəmiyyət və digər işəgötürənlər tərəfindən bu cür hüquq pozuntularının qarşısının alınması məqsədlərinə xidmət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər
Hakim: Gülnaz Qurbanova