Məhkəmə qərarları › İş №3(046)-588/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-588/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-588/2022 10.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu Qubaxəlilli kəndində qeydiyyat olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən Peşə Liseyinin binasında aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs fiziki ağrı yetirmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə olarkən səs-küy olmasını eşidərək dəhlizə çıxmış, bu zaman qonşusu Ayselin, qeyri-rəsmi nikah münasibətində yaşadığı Pərvanə Mayılova barəsində nalayiq sözlər deməsini eşitmişdir. Ayselə işlətdiyi ifadəyə görə irad bildirdikdə Aysel onun ünvanına nalayiq sözlər demişdir. Bu zaman onun sözlərindən əsəbiləşərək binanın 3-cü mərtəbəsinə çıxmış, ona səsini kəsməsini bildirərək əli ilə Ayselin üz nahiyyəsindən tutaraq itələmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən Peşə Liseyinin yataqxanasında kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində tanımadığı şəxslərin dəhlizdə mübahisə etməsini görmüş, binanın 2-ci mərtəbəsinə düşərək onları sakitləşdirmək istəmişdir. Bu zaman qonşusu Məhərrəm dəhlizə çıxaraq nalayiq söyüşlər işlətmişdir. Məhərrəmə qonşusu Validənin yaşlı qadın olmasını və nə səbəbə görə ona söyməsinə irad bildirərək yaşadığı mənzilə tərəf gəlmişdir. Daha sonra Məhərrəm onun arxasınca gəlmiş, “səni üç uşağına həsrət qoyaram” deyərək hədə-qorxu gəlmişdir. Məhərrəmə “mən sənə nə etmişəm” dedikdə Məhərrəm onun boğaz nahiyyəsində tutaraq sıxmış və əli ilə itələmişdir. Məhərrəmdən şikayətçidir, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd haqqında qərarından görünür ki, Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli 469 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs sol döş sümüyü-körpücük sümüyü birləşməsi nahiyyəsində sıyrıqları küt-bərk əşyanın təsirindən törənmişdir. xx.xx.2022-ci il tarixdə döyülməsi nəticəsində yaranmaya xarakterdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Göründüyü kimi Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər Şəxs tərəfindən yetirilmişdir. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən Peşə Liseyinin binasında aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs fiziki ağrı yetirərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən halın olmadığını və il ərzində təkrar eyni xarakterli xətanə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 01 ay müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar