Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-59/2024 11.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə İXM-nin 3391.-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmiş, lakin 3 ay müddət keçməsinə baxmayaraq cəriməni ödəməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı E-məhkəmə sistemi vasitəsi ilə məlum olmuşdur ki, Şəxs Bakı şəhəri Nəsimi rayon Mərdanov Qardaşları küçəsi ev 117, mənzil 5-də qeydiyyatdadır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1 -ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərabcay Respubıikasının İXM-in: 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldim: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş ilə İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-59/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-59/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver