Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-592/2025 27.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızı, İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə «X1 Kompani» MMC-nin şikayəti işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: «X1 Kompani» MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay RPŞ-nin X3 Şöbəsi tərəfindən «X1 Kompani» MMC-yə məxsus "Hyundai HD" markalı 90-JO733 dövlət qeydiyyat nişanlı avtomobil barədə tərtib olunmuş inzibati xəta haqqında protokolun və 300 manat cərimənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə daxil olmuş materialları nəzərdən keçirib, hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər inzibati xəta üzrə iş onu vermiş hüquqi şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına daxil olmuş şikayət ərizəsinin məzmunundan göründüyü kimi «X1 Kompani» MMC öz şikayətinə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın surətini əlavə etməmiş, habelə şikayətdə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın kim tərəfindən çıxarılması barədə heç bir məlumat göstərilməmişdir. Göründüyü kimi, «X1 Kompani» MMC tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri mümkündür. Məhkəmə hesab edir ki, «X1 Kompani» MMC-nin inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq, qərara aldı: İnzibati məsuliyyətə cəlb olunması barədə «X1 Kompani» MMC-nin inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-592/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-592/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver