Məhkəmə qərarları › İş №3(046)-60/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-60/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-60/2023 17.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X2, xx.xx.1999-cu ildə Göyçay şəhərində anadan olmuş, subay , orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri. Ə.Kərim küçəsi, ev 2/1, mənzil 35-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Şəxs 14 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Göyçay şəhəri, Natəvan küçəsində yerləşən Avtovağzalda ictimai qaydanın mühafizə vəzifələrini icra edən Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, ucadan nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. İnzibati xəta hadisənin olması 14 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 14 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində qardaşı Paşanın evlərinin yaxınlığında yerləşən Avtovağzalda bir nəfər şəxslə mübahisə etdiyini görərək ora getmiş, orada polis əməkdaşlarının qardaşı Paşanı polis avtomobilinə mindirdiyini görmüşdür. Daha sonra polis əməkdaşlarına nə səbəbə görə nitq qüsurlu qardaşını polis avtomobilinə mindirərək polis şöbəsinə aparılmasına irad bildirdikdə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin buna baxmayaraq o, polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X6 bildirdi ki, 14 yanvar 2023-cü il tarixdə Göyçay RPŞ-nin PPXBnin polis nəfəri Əli Məmmədyarov və İbrahim Babayevlə birlikdə 4 nömrəli piyada postunda xidmət aparan zaman X7 ilə X3 mübahisə etdiyini görərək onlara yaxınlaşıb özlərini təqdim etmiş, onları nizam-intizama dəvət etmişlər. Paşa Mollayev ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etməklərinə baxmayaraq o, öz hərəkətlərini davam etdirmişdir. Bununla bağlı onu rayon polis şöbəsinə gətirmək istəyərkən Paşa Mollayevin qardaşı Şəxs oraya gələrək nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamış, onu nizam-intizama dəvət etmələrinə baxmayaraq öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs öz hərəkətlərini davam etdiyindən Göyçay rayon X8 hissəsinə təhvil verilmişdir. Göyçay RPŞ-nin PPXB-nin polis nəfərləri X4 və X5 məhkəmədə izahat vermiş şahid X1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına , yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan , habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, Şəxs ictimai yer hesab edilən Avtovağzalda ictimai qaydanın mühafizə vəzifəsini icra edən polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamış, nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın müvafiq olaraq ictimai və idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olmasını və iş üzrə məsuliyyətini ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 200 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar