Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-60/2025 10.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş 10 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola görə o, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 10 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin,zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə birgə nikahdan 2 uşağı anadn olmuşdur.Onların hər ikisi hazırda yetkinlik yaşına çatmışlar.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Aliment borcunu ödəyə bilmədiyi üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını cəkib bitirəndən sonra hər ay 250 manat aliment borcundan ödəyir. Hal-hazırda aliment borcundan 390 manat ödəyə bilər. Qalan aliment borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ona 7644 manat aliment borcu vardır. Şəxs aliment borcundan hissə-hissə ödənişlər etsədə aliment borcunu tam ödəməmişdir. Şəxs ona olan borcunu tam ödəmədiyi halda onun barəsində daha ciddi inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qərara alınmışdır. Şəxs aliment borcundan hissə-hissə ödənişlər etsədə aliment borcunu natamam olaraq ödəmişdir. Borclu Şəxs 7644 manat aliment borcu qalmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış borcunun alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu maddi imkanı olmadığından ödəyə bilməmişdir. İş materiallarına əlavə qəbzlərin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 1212 manat 20 qəpik, xx.xx.2023-cü il tarixdə 1212 manat, xx.xx.2023-cü il tarixdə 267 manat 80 qəpik, xx.xx.2023-cü il tarixdə 268 manat, xx.xx.2023-cü il tarixdə 268 manat, xx.xx.2023-cü il tarixdə 268 manat, xx.xx.2023-cü il tarixdə 268 manat, xx.xx.2024-cü il tarixdə 268 manat, xx.xx.2023-cü il tarixdə 268 manat, xx.xx.2023-cü il tarixdə 268 manat, xx.xx.2024-cü il tarixdə 268 manat, xx.xx.2024-cü il tarixdə 268 manat, xx.xx.2024-cü il tarixdə 268 manat, xx.xx.2024-cü il tarixdə 258 manat, xx.xx.2024-cü il tarixdə 258 manat, xx.xx.2025-ci il tarixdə 258 manat məbləğində ödənişlər edilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki,Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. «Azemis» Məhkəmə X1 məlumatdan görünür ki,Şəxs xüsusi mülkiyyətində Göyçay rayonu Qarayazı kəndində sahəsi 0,9060 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. «Azemis» Məhkəmə X1 məlumatdan görünür ki, Şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır,fəaliyyət istiqaməti şəxsi maşınların sürücü ilə icarəsidir,fəaliyyəti müvəqqəti dayandırılmışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki,Şəxs kənd təsərrüfatı məhsullarının satışını həyata keçirir. «İcra haqqında « Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-in 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aliment öhdəliyini vaxtında icra etmədiyinə görə borcu yaranmışdır,baxmayaraq ki müəyyən məbləğdə ödənişlər etmiş,məhkəmə baxışında əlavə olaraq 390 manat məbləğində ödəniş etmək istədiyini bildirmişdir.Əvvəlki dövr üçün aliment öhdəliyi vaxtında icra edilmədiyinə görə, cari ilin yanvar ayında edilmiş ödəniş nəzərə alınmaqla aliment üzrə borc 7644 manat təşkil etmişdir.Bununla yanaşı müəyyən edilmişdir ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs faktiki imkanları olduğu halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Ona görə də hesab edirəm ki, inzibati xəta hadisəsi olduğundan, inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması, xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-60/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-60/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver