Məhkəmə qərarları › İş №3(046)-607/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-607/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-607/2022 31.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 06 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş 03 iyul 2022-ci il tarixli, EQ 10469132 nömrəli inzibati xəta haqqında qərara əsasən 40 (qırx) manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə baxışının yeri barədə məhkəmə bildirişi vasitəsi ilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta törətmiş Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs 03 iyul 2022-ci il tarixli, EQ 10469132 nömrəli inzibati xəta haqqında qərar üzrə təyin edilmiş cəriməni və dəbbə pulunu tam olaraq ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Göyçay rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 06 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun mənasından göründüyü kimi Şəxs barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş 03 iyul 2022-ci il tarixli, EQ 10469132 nömrəli inzibati xəta haqqında qərar üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən, Göyçay rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 06 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar