Məhkəmə qərarları › İş №3(046)-609/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-609/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-609/2022 17.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Göyçay rayon prokurorluğunun nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Göyçay rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Yenikənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci və 206-cı maddələri ilə Göyçay rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208 və 206-cı maddələri ilə Göyçay rayon Prokuroru, ədliyyə müşaviri Ramin Hüseynov tərəfindən qərar qəbul edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, uzun müddətdir ki narkotik vasitədən istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Göyçay rayonu Yenikənd kəndində yerləşən yaşadığı evinin qarşısında olarkən Göyçay RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin əkib-becərilməsi və qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı həyətə daxil olmuş, videoçəkiliş vasitəsi ilə yaşadığı evin zirzəmisinə baxış keçirilmişdir. Baxış keçirilən zaman qurutmaq üçün qoyduğu iki ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Yenidən polis əməkdaşları yaşadığı evin qonaq otağına baxış keçirərkən asılı vəziyyətdə olan gödəkçəsinin içərisində üç ədəd kağız büküm aşkar edilmişdir. Həmin bükümü iki il əvvəl özünün qurudaraq istifadə etmək üçün saxladığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə Göyçay rayon prokurorluğunun nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, Şəxs barəsində inzibati həbs tədbiq edilməsini təklif etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs yaşadığı Göyçay rayonu Yenikənd kəndində yerləşən fərdi yaşayış evindən xx.xx.2022-ci il tarixdə 2 ədəd narkotik xassəli çətənə bitkisi, ümumilikdə təmiz çəkisi 2.48 qram qurudulmuş marixuana və 01 (bir) ədəd sellofan torpanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2022-ci il tarixli 17/572 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə ağ kağızda yapışdırılmış «Şəxs evində aşkar edilmiş kütlə».., sözləri yazılmış sintetik kisənin içərisində nəm vəziyyətdə ümumi çəkiləri – 70,0 qram olan 02 (iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şaiq İsmayılovun xx.xx.2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təhqiqata təqdim olunmuş, üzərində « Şəxs evində aşkar edilmiş maddi sübut …» yazısı olan zərfin içərisindəki; - 03 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 1,66 qr.., 0,47 qr və 0,35 qr ümumi çəkiləri - 2,48 qr olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələri olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şəxs həyətindən götürülmüş torpaq nümunəsi” yazısı olan zərfin içərisində 01 (bir) ədəd sellofan torpanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Çətənə bitkilərinin ümumi çəkisi – 70,0 qr., tədqiqata sərf edildi – 0,04qr.., (hər bitkidən 0,02qr) qalıq 69.96 qr. Marixuananın ümumi çəkisi – 2,48 qr.., tədqiqata sərf edildi – 0,06 qr., (hər oby 0,02qr), qalıq - 2,42 qr. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206cı maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsinin MSSK saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 69.96 qr çətənə bitkiləri, ümumi çəkisi 2,42 qr qurudulmuş marixuana və 01 (bir) ədəd sellofan torpanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 400 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsinin MSSK saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 69.96 qr çətənə bitkiləri, ümumi çəkisi 2,42 qr qurudulmuş marixuana və 01 (bir) ədəd sellofan torpanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri məhv edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar