Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-609/2023 12.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göyçay rayonu Hacalıkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda həmkəndliləri ilə birlikdə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu, Hacalıkənd kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində vaxt keçirməsi üçün küçəyə çıxmış, küçədə həmkəndliləri X1, X3 və X2 görərək onların yanına getmiş, onların 20 qəpikdən kartla qumar oynadığını görmüşdür. Təxminən 40 dəqiqəyə qədər onlar qumar oynayarkən yanlarında olmuş, lakin o, qumar oyununda iştirak etməmişdir. Daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, onların qumar oynadıqlarını görüb yerdə olan 2 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüş və onları rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində izahat vermiş X5 göstərmişdir ki, Göyçay rayonu Hacalıkənd kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən Şirvan kanalının üstündə həmkəndlisi X7 ilə birlikdə 20 qəpikdən kartla qumar oynamış, bir qədər sonra yanlarına X6 da gəlmişdir. Təxminən 40 dəqiqə Əziz Əhmədov və Anar Şıxaliyev ilə birlikdə qumar oynamışlar. Qumar oynamağa başladıqdan təxminən 20 dəqiqə sonra həmkəndlisi Şəxs da yanlarına gəlmiş, lakin Sənan onlarla bərabər qumar oynamamışdır. Daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, onların qumar oynadıqlarını görüb yerdə olan 2 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüş və onları rayon polis şöbəsinə aparmışlar. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:50-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 17:00-da azad edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şəxs Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda pul müqabilində kartla qumar oynadığına dair heç bir mötəbər sübut məhkəmə iclasında müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində iştirak edən xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda pul müqabilində kartla qumar oynan şəxs X5 həmin vaxt Şəxs pul müqabilində kartla qumar oynamadığını, onların yanında dayandığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-609/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-609/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver