Məhkəmə qərarları › İş №3(046)-613/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-613/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-613/2022 17.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Ləkçıplaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, Göyçay şəhəri H.Əliyev prospektində sərxoş vəziyyətdə ucadan səs-küy salaraq ünvansız nalayiq söyüşlər söymüş, Göyçay RPŞ-nin əməkdaşları ona yaxınlaşmış və onu sakitləşdirərək nizam-intizama dəvət etməklərinə baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə ucadan səs-küy salaraq ünvansız nalayiq söyüşlər söymüşdür. Daha sonra Göyçay RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona nalayiq söyüşlər söyməyin qadağan olmasını bildirmişlər. Həmin vaxt sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar