Məhkəmə qərarları › İş №3(046)-613/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-613/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-613/2023 03.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqanına geri qaytarılmalıdır. Belə ki, Göyçay rayon Dövlət X5 inzibati təcrübə üzrə inspektoru X3 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 333.3-cü maddəsi ilə protokol tərtib edilərkən Şəxs məlumat verilməmiş, tərtib edilmiş protokol onun iştirakı olmadan tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Pansionatı tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X1 müalicə almışdır. Göründüyü kimi Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs səhəti ilə əlaqədar olaraq müalicədə olmuşdur. Bundan başqa Göyçay rayon X4 X5 inzibati təcrübə üzrə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol aidiyyət üzrə xx.xx.2023-cü il tarixli məktubla baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Bundan başqa Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs olduğu halda ona dəymiş ziyanın məbləği müəyyənləşdirilməmiş, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 387 manat dəyərində maddi ziyan dəydiyi halda nümayəndəlik və Zərərçəkmiş şəxs zərərçəkmiş kimi qeyd edilməmiş, bununla bağlı zərər çəkmişlərə hüquq və vəzifələri izah edilməmişdir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Buna baxmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib olunduğu halda, qanunla müəyyən edilmiş qaydada tərtib edildikdən dərhal sonra deyil, 12 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati icraat başlanarkən onun İXM-də təsbit olunmuş, insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq prinsipi pozulduğundan, təqdim edilmiş materiallar natamam olduğundan inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 109, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d ı̇ : Şəxs barəsində Göyçay rayon Dövlət X5 inzibati təcrübə üzrə inspektoru X3 tərəfindən İXM-nin 333.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə material Göyçay rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar