Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-614/2023 12.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1998-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu, Yeniarx kəndində qeydiyyatda olan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Bakı şəhər X8 İdarəsinin Müşayiət-Eskort bölüyünün yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə X5 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə, 36 manat məbləğində dəbbə, ümumilikdə 96 manat məbləğində cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, 06 aprel 2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə qərar qəbul edilmiş, qərarın mövcud olması barədə onun ünvanına X8 İdarəsi tərəfindən heç bir bildiriş gəlməmişdir. Barəsində çıxarılmış qərardan məhkəmə tərəfindən bildiriş təqdim olunarkən xəbəri olmuşdur. Hal-hazırda cəriməni və dəbbə pulunu tam olaraq ödəmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi olmasına baxmayaraq qərar qəbul edilənədək inzibati xəta törətmiş şəxs cərimə və dəbbə pulunu ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə, 36 manat məbləğində dəbbə, ümumilikdə 96 manat məbləğində ödəniş etmiş, onun qalıq borcu yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs X5 məhkəmə qərar qəbul edənədək xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə, 36 manat məbləğində dəbbə, ümumilikdə 96 manat məbləğində cəriməni ödədiyindən və qalıq borcu qalmadığından, o inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112,115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-614/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-614/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver