Məhkəmə qərarları › İş №3(046)-616/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-616/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-616/2023 17.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsidən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində İXM-nin 394-1.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Göyçay rayon İcra Hakimiyyəti tərəfindən X2 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış (ticarət) binasının tikintisinə icazə verilmiş, lakin Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri səlahiyyətlərini müvvəqəti icra edən Şəxs sənədləri hazırlayarkən tikinti obyektinə dair məlumatları qanunla müəyyən edilmiş müddətdə komitəyə təqdim etməmişdir. Şəxs İXM-nin 394-1.1-ci maddəsi ilə inzibati xəta hadisəsi törətdiyi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiqini tapır. İnzibati xəta haqqında protokola baxılmasının yeri və vaxtdı barədə inzibati xəta törətmiş Şəxs məlumat verilmiş, Şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 01 nömrəli «obyektin tikintisinə icazə» sənədinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətində olan 2330.4 m2 torpaq sahəsində “qeyri-yaşayış (ticarət) binasının” tikintisinə icazə verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Göyçay rayon İcra Hakimiyyətinın başçısının müavini Zivər Zeynalovanın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birinci müavini səlahiyyətlərini müvəqqəti icra edən Dövlət Dövlətxanova ünvanladığı 22 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Tikintilərin Dövlət reystrinə daxil edilməsi ilə bağlı xx.xx.2023-cü il 5-46-2/2-855/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 5-46-2/2-864/2023 nömrəli məktubun hazırlanmasında məsul şəxs kimi Göyçay Rayon İcra Hakimiyyətini başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Şəxsdur. Göyçay Rayon İcra Hakimiyyətini başçısının xx.xx.2023-cü il tarixli müvafiq əmri ilə Göyçay Rayon İcra Hakimiyyətini başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsi Şəxs həvalə edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin 4 saylı ərazi sektorunun müdiri X3, 4 saylı ərazi sektorunun baş məsləhətçisi X4 və Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Tikililərin Dövlət reysterinə sənədlərin daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-46-2/2-864/2023 nömrəli məktubunda qeyd olunan, ünvan 1 ünvanında yerləşən X2 qeyri-yaşayış (ticarət) obyektinin tikintisinə icazə verilməsinə dair təqdim edilən sənədlər kameral qaydada araşdırılmış, məlum olmuşdur ki, obyektin tikintisinə xx.xx.2023-cü il tarixində icazə verilmişdir. Lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrin aparılması Qaydalarının tələblərinə əsasən tikintisinə icazə verilən obyekt barədə sənəd və məlumatlar Komitəyə qanunla müəyyən edilmiş müddətdə (3 gün ərzində) təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması» Qaydalarının 4.2-ci bəndinə görə tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə -vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini məsuliyyətini yüngülləşdirən, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar