Məhkəmə qərarları › İş №3(046)-617/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-617/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-617/2023 17.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1965-ci ildə Göyçay rayonu, Cəyirli kəndində anadan olmuş, Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri səlahiyyətlərini müvvəqəti icra edən, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri səlahiyyətlərini müvvəqəti icra edən Şəxs Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi barədə xx.xx.2023-cü il tarixli "obyektin tikintisinə icazə" sənədini və məlumatları 3 iş günü müddətində Tikintilərin Dövlət Reyestrinə göndərməmiş və təqdim etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 01 nömrəli «obyektin tikintisinə icazə» sənədinin surətindən görünür ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən X3 mülkiyyətində olan 353,16 m2 torpaq sahəsində “qeyri-yaşayış obyektinin” tikintisinə icazə verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Göyçay rayon İcra Hakimiyyətinın başçısının müavini Zivər Zeynalovanın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birinci müavini səlahiyyətlərini müvəqqəti icra edən Dövlət Dövlətxanova ünvanladığı 22 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Tikintilərin Dövlət reystrinə daxil edilməsi ilə bağlı xx.xx.2023-cü il 5-46-2/2-855/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 5-46-2/2-864/2023 nömrəli məktubun hazırlanmasında məsul şəxs kimi Göyçay Rayon İcra Hakimiyyətini başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Şəxsdur. Göyçay Rayon İcra Hakimiyyətini başçısının xx.xx.2023-cü il tarixli müvafiq əmri ilə Göyçay Rayon İcra Hakimiyyətini başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsi Şəxs həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin 4 saylı ərazi sektorunun müdiri X4, 4 saylı ərazi sektorunun baş məsləhətçisi X5 və Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Tikililərin Dövlət reysterinə sənədlərin daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-46-2/2-855/2023 nömrəli məktubunda qeyd olunan, Göyçay rayonunun Cəyirli kəndi ərazisində X6 qeyri-yaşayış (tikinti materiallarının satışı) obyektinin tikintisinə icazə verilməsinə dair təqdim edilən sənədlər kameral qaydada araşdırılmış, məlum olmuşdur ki, obyektin tikintisinə xx.xx.2023-cü il tarixində icazə verilmişdir. Lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrin aparılması Qaydalarının tələblərinə əsasən tikintisinə icazə verilən obyekt barədə sənəd və məlumatlar Komitəyə qanunla müəyyən edilmiş müddətdə (3 gün ərzində) təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması» Qaydalarının 4.2-ci bəndinə görə tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə -vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən X6 “qeyri-yaşayış obyektinin” tikintisinə icazə verilməsinə baxmayaraq, məsul şəxs Göyçay Rayon İcra Hakimiyyətini başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Şəxs bu barədə sənəd və məlumatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması» Qaydaları ilə müəyyən edilmiş 3 iş günü müddətində Tikintilərin Dövlət Reyestrinə göndərməmiş və təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin vəzifəli şəxs olması, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə inzibati xəta törətmiş şəxsin ilk dəfə olaraq inzibati xəta törətməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal olduğu və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş vəzifəli şəxs Göyçay Rayon İcra Hakimiyyətini başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar