Məhkəmə qərarları › İş №3(046)-619/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-619/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-619/2023 24.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Azərbaycan Respublikasının Qida X1 Aran regional bölməsinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 Şərəfan oğlunun iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu Kürd kəndində yerləşən R.T.K MMC-yə məxsus qoz-fındıq giləmeyvə bağında yoxlamanın keçirilməsinə və bağa daxil olmağa Şəxs tərəfindən maneələr törədilmişdir. İş üzrə Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Qida X1 Aran regional bölməsinin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs məxsus Göyçay rayonu Kürd kəndində yerləşən qoz-fındıq giləmeyvə bağında planlı yoxlama aparmaq istəmişlər. Lakin Şəxs tərəfindən yoxlamanın aparılmasına şərait yaradılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Şəxs məxsus Göyçay rayonu Kürd kəndində yerləşən qoz-fındıq giləmeyvə bağında planlı yoxlama aparmaq istəmişlər. Lakin Şəxs onlara yoxlama keçirilməsinə icazə verməmiş, bağa buraxmamışdır. Bununla bağlı akt tərtib etmişlər. İş materiallarına əlavə edilmiş yoxlamanın aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, sahibkar R.T.K MMC-yə məxsus Göyçay rayonu Kürd kəndində yerləşən qoz-fındıq giləmeyvə bağında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək planlı yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə R.T.K MMC-yə məxsus Göyçay rayonu Kürd kəndində yerləşən qoz-fındıq giləmeyvə bağında planlı yoxlama aparılmasına Şəxs tərəfindən şərait yaradılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə R.T.K MMC-yə məxsus Göyçay rayonu Kürd kəndində yerləşən qoz-fındıq giləmeyvə bağında planlı yoxlama aparılmasına Şəxs tərəfindən şərait yaradılmamışdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, R.T.K MMC hüquqi şəxsdir, təsisçisi Şəxsdur.Vöen **********. Qeyd: VÖEN aktivdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, vəzifəli şəxs hesab edilən R.T.K-MMCnin təsisçisi Şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə R.T.K-MMC-yə məxsus Göyçay rayonu Kürd kəndində yerləşən qoz-fındıq giləmeyvə bağında Azərbaycan Respublikasının Qida X1 Aran regional bölməsinin əməkdaşları tərəfindən planlı yoxlama aparılmasına maneəçilik törətmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub Q ə r a r v e r d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinib, ona 3000 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar