Məhkəmə qərarları › İş №3(046)-621/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-621/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-621/2023 09.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay şəhəri, Ə.Kərim küçəsi, ev 91-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolları tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Göyçay şəhəri, Nərimanov küçəsində ucadan polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməyərək göstərmişdir ki, özünə məxsus “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti işi ilə məşğul olur. 07 oktyabr 2023-cü il tarixdə qonşusu Sabirin toy məclisində iştirak etmək üçün Göyçay rayonu Qarabaqqal kəndində yerləşən “Kənan” şadlıq sarayına getmiş, həmin toy məclisində az miqdarda spirtli içki qəbul etdikdən sonra idarə etdiyi avtomobil ilə yaşadığı ünvanın yaxınlığında saxlamışdır. Bir qədər sonra avtomobilə əyləşərək yaşadığı evə getmək istədikdə mülki geyimdə bir nəfər şəxs ona yaxınlaşmış, həmin şəxsin əvvəlcədən polis əməkdaşı kimi tanımışdır. Polis əməkdaşları ona yaxınlaşaraq spirtli içki qəbul edib-etmədiyini soruşmuş, toy məclisində spirtli içki qəbul etdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməmiş, ictimai qaydanı pozmamış, onların qanuni tələblərinə tabe olaraq polis şöbəsinə getmişdir. Buna görə də barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X3 izahat verərək göstərmişdir ki, Göyçay rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində CAB-nin digər əməliyyat müvəkkili X2 birlikdə xidmətdə olarkən Göyçay şəhəri N.Nərimanov küçəsində Toyota Prius markalı avtomobili idarə edən Şəxs digər nəqliyyat vasitəsini idarə edən şəxslə mübahisə etdiyi görmüşlər. Həmin vaxt Şəxs yaxınlaşmışlar, Ruslanın sərxoş olduğunu görmüşlər. Ruslana yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər, lakin Ruslan onların ünvanına ucadan nalayiq söyüşlər söyərək qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 məhkəmədə izahat vermiş şahid X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. X4 Haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs tərəfindən törədilən inzibati xətaların xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmamasını və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. İnzibati həbs müddətinin əvvəli 07 oktyabr 2023-cü il tarixdən saat 21:15-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar