Məhkəmə qərarları › İş №3(046)-622/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-622/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-622/2024 12.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X1nun iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Göyçay rayonu, 1-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, 1-ci qrup əlil, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(046)-560/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs “Facebook” sosial şəbəkəsində “X11 Fərid” adlı saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək yaydığı (Göyçay rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir) kimi yazı və Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası 1-ci Vitse Prezidentinə, Azərbaycan Respublikası Baş Nazirinə, Azərbaycan Respublikası Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Respublikası Ədliyyə Nazirinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsamana), Azərbaycan Respublikası Daxili İşlər Nazirinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəyə və Göyçay Rayon Məhkəməsinə ünvanlandığı müraciətində “Zərərçəkmiş şəxs əxlaqsızlarla müdafiə olunur” barədə ifadələri həqiqətə uyğun olmadığından iddiaçı Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyən və böhtan məzmunlu məlumatları cavabdeh Şəxs tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası 1-ci Vitse Prezidentinə, Azərbaycan Respublikası Baş Nazirinə, Azərbaycan Respublikası Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Respublikası Ədliyyə Nazirinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Azərbaycan Respublikası İnasn Hüquqları üzrə Müvəkkilinə (Ombudsamana), Azərbaycan Respublikası Daxili İşlər Nazirinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəyə və Göyçay Rayon Məhkəməsinə yazılı formada məktub göndərməklə və «Facebook» sosial şəbəkədə yazı paylaşmaqla (təkzib etmə və üzr istəmə üsulunda) təkzib verilməsi, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs üzr istəməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 12 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(046)-560/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs “Facebook” sosial şəbəkəsində “X11 Fərid” adlı saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək yaydığı (Göyçay rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir) kimi yazı və Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası 1-ci Vitse Prezidentinə, Azərbaycan Respublikası Baş Nazirinə, Azərbaycan Respublikası Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Respublikası Ədliyyə Nazirinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsamana), Azərbaycan Respublikası Daxili İşlər Nazirinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəyə və Göyçay Rayon Məhkəməsinə ünvanlandığı müraciətində “Zərərçəkmiş şəxs əxlaqsızlarla müdafiə olunur” barədə ifadələri həqiqətə uyğun olmadığından iddiaçı Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyən və böhtan məzmunlu məlumatları cavabdeh Şəxs tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası 1-ci Vitse Prezidentinə, Azərbaycan Respublikası Baş Nazirinə, Azərbaycan Respublikası Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Respublikası Ədliyyə Nazirinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Azərbaycan Respublikası İnasn Hüquqları üzrə Müvəkkilinə (Ombudsamana), Azərbaycan Respublikası Daxili İşlər Nazirinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəyə və Göyçay Rayon Məhkəməsinə yazılı formada məktub göndərməklə və «Facebook» sosial şəbəkədə yazı paylaşmaqla (təkzib etmə və üzr istəmə üsulunda) təkzib verilməsi, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs üzr istəməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş cavabdeh Şəxs rəsmi qaydada verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində Şəxs icra şöbəsinə gəlmiş, məhkəmə qətnaməsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs heç bir halda üzr istəməyəciyini və “Facebook” sosial şəbəkəsində təkzib etməyəcəyini bildirmişdir. Buna görə də icra sənədinin icra olunması istiqamətində çətinliklər yaranmışdır. Buna görə də cavabdeh Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun Zərərçəkmiş şəxs üzr istəməsi barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Bildirir ki, barəsində olan cinayət işi ilə bağlı Ali Məhkəməyə şikayət verilmişdir. Zərərçəkmiş şəxs üzr istəyəcəyi təqdirdə verdiyi şikayət heç bir əhəmiyyət kəsb etməyəcəkdir. Buna görə də Zərərçəkmiş şəxs heç bir halda üzr istəməyəcəkdir. X1 çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs icra vərəqəsinə əsasən icra işini qismən qəbul edərək hər ay pensiya kartından 100 manat ödəniş etməsinə razılıq vermişdir. Hesab edir ki, üzr istəməsi onun şəxsiyyətini alçaldacaqdır. Buna görə də inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin e-2(046)-560/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs “Facebook” sosial şəbəkəsində “X11 Fərid” adlı saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək yaydığı (Göyçay rayon İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs bəzi şadlıq saraylarından 10.000 (on min) manat haqq tələb etdiyi bildirilir) kimi yazı və Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası 1-ci Vitse Prezidentinə, Azərbaycan Respublikası Baş Nazirinə, Azərbaycan Respublikası Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Respublikası Ədliyyə Nazirinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsamana), Azərbaycan Respublikası Daxili İşlər Nazirinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəyə və Göyçay Rayon Məhkəməsinə ünvanlandığı müraciətində “Zərərçəkmiş şəxs əxlaqsızlarla müdafiə olunur” barədə ifadələri həqiqətə uyğun olmadığından iddiaçı Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyən və böhtan məzmunlu məlumatları cavabdeh Şəxs tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası 1-ci Vitse Prezidentinə, Azərbaycan Respublikası Baş Nazirinə, Azərbaycan Respublikası Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Respublikası Ədliyyə Nazirinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Azərbaycan Respublikası İnasn Hüquqları üzrə Müvəkkilinə (Ombudsamana), Azərbaycan Respublikası Daxili İşlər Nazirinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəyə və Göyçay Rayon Məhkəməsinə yazılı formada məktub göndərməklə və «Facebook» sosial şəbəkədə yazı paylaşmaqla (təkzib etmə və üzr istəmə üsulunda) təkzib verilməsi, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs üzr istəməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(046)-560/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs ünvanlanmış bildirişi xx.xx.2024-cü il tarixdə şəxsən imza edərək qəbul etmişdir. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, icra sənədi ilə tanış olduğunu, qərarda qeyd edilən 100 manat məbləğində pulun ondan alınıb Zərərçəkmiş şəxs verilməsini heç bir etirazının olmadığını bildirmişdir. İcra sənədində göstərilən “Facebook” sosial şəbəkəsində yazı paylaşmaqla (təkzib etmə üzr istəmə üsulunda) təkzib etmə və Zərərçəkmiş şəxs heç bir halda üzr istəməyəcəyini bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminin “Gəlir məlumatları” bölməsindəki məlumatlardan müəyyən olunur ki, Şəxs İ-ci qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, eləcə də 1-ci qrup əlil olmasını nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X3 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar