Məhkəmə qərarları › İş №3(046)-623/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-623/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-623/2022 02.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Hacalıkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş protokol üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Qarabaqqal-Hacalıkənd-Bığır kəndi ərazisində iri buynuzlu heyvanı nəzarətsiz asfalt-beton örtüklü yola buraxmış, bu zaman həmin yolla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2103 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşınla iri buynuzlu heyvanı vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2103 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1114 manat maddi zərər dəymişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Qarabaqqal-Hacalıkənd-Bığır kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanı nəzarətsiz asfalt-beton örtüklü yola nəzarətsiz buraxmış və nəticədə həmin yolla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2103 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus iri buynuzlu heyvanı vurmuşdur. Hadisə zamanı VAZ-2103 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Qarabaqqal-Hacalıkənd-Bığır kəndi ərazisində idarə etdiyi VAZ-2103 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Şəxs məxsus iri buynuzlu heyvanı vurmuşdur. Nəticədə avtomobilə 1114 manat maddi ziyan dəymişdir. İnzibati iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Volqa MMC tərəfindən verilmiş arayışdan görünür ki, VAZ-2103 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1114 manat maddi ziyan dəymişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar