Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-623/2024 12.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Fermer Təsərrüfatı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" Fermer Təsərrüfatı MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 483cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: 21 may 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə, hüquqi ünvanı ünvan 1 şəxs "xxxx" Fermer Təsərrüfatı MMC-i 2023-cü ilin oktyabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 2 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 844,06 ABŞ dolları (1434,90 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar "xxxx" Fermer Təsərrüfatı MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən "xxxx" Fermer Təsərrüfatı MMC-nin xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 2n X7 oqlu olduğu məlum olmuşdur. Bundan sonra, "xxxx" Fermer Təsərrüfatı MMC-nin qeydiyyatda olduğu Göyçay rayonu, Kürdəmiş kəndi ünvana xx.xx.2024-il tarixdə 3-33-1700/2-001073/2024 saylı bildiriş, həmçinin də xx.xx.2024-cü il tarixli, 3-33-1700/2-001456/2024 saylı çağırış çəktubu göndərilmiş və MMCdən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 844,06 ABŞ dolları (1434,90 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiq edici sənədlərlə birlikdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli ‘X2 Sistemi informasiya resursuna baxış keçirilməsi- haqqında” protokoldan müəyyən olunur ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2 gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 844,06 ABŞ dolları (1434,90 manat) məbləğində vəsait "xxxx" Fermer Təsərrüfatı MMC Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Fermer Təsərrüfatı MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 10-11 oktyabr ayında 2 gömrük bəyannaməsi üzrə “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirilməklə Rusiya Federasiyasına ixrac edilmişdir. Həmin ixrac olunan mallardan 1434 manat 90 qəpik “meyvə” məhsulları tələf olduğu üçün onunla bağlı Xaçmaz Gömrük İdarəsinə sənəd verilmiş, lakin Xaçmaz Gömrük İdarəsi tərəfindən "xxxx" Fermer Təsərrüfatı MMC barəsində İXM-nin 483-cü maddəsi ilə əsassız olaraq 2 gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 844,06 ABŞ dolları (1434,90 manat) məbləğində vəsait "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda qeyd olunan 1434 manat 90 qəpik dəyərində mallar "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən xaricə ixrac edilməmişdir. Tərtib edilmiş protokol əsassızdır. Qeyd etdiklərinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: 21 may 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Fermer Təsərrüfatı MMC-i 2023-cü ilin oktyabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 2 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 844,06 ABŞ dolları (1434,90 manat) məbləğində vəsaiti Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürməmişdir. 25 may 2024-cü il tarixli rapordan görünür ki, Xaçmaz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı X5 Gömrük İdarəsinin rəis müavininə müraciət edərək "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 2 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 844,06 ABŞ dolları (1434,90 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmədiyini bildirərək müvafiq tədbirlərin görülməsi üçün göstəriş verməyi xahiş etmişdir. 08 aprel 2024-cü il tarixli 3-33-1700/2-001073/2024 saylı bildirişdən görünür ki, Xaçmaz Gömrük İdarəsinin rəis müavini "xxxx" Fermer Təsərrüfatı MMC-dən 10 gün müddətində konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitlərin bank hesablarına köçürülməsinin təmin edilməsini tələb etmişdir. 10 oktyabr 2023-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 19030.00 kq çəkisində, 30448.00 manat dəyərində mallar Rusiya Federasiyasına ixrac edilmişdir. 11 oktyabr 2023-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 19200.00 kq çəkisində, 29760.00 manat dəyərində mallar Rusiya Federasiyasına ixrac edilmişdir. 21 may 2024-cü il tarixli baxış protokolundan görünür ki, Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirilmiş və "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 2 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 844,06 ABŞ dolları (1434,90 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmədiyi müəyyən olunmuşdur. 21 may 2024-cü il tarixli qərardaddan görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmsı və inzibati araşdırmanın aparılması qərara alınmışdır. 000İCZ1233390A48 saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 62178.34 manat "xxxx" Fermer Təsərrüfatı MMC-nin "xxxx" ASC-nin Xətai filiandaki hesabına köçürülmüşdür. 000İCZ1233390A48 saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 29234.75 manat "xxxx" Fermer Təsərrüfatı MMC-nin "xxxx" ASC-nin Xətai filiandaki hesabına köçürülmüşdür. 1 saylı hesab-fakturaya dair pretenziyadan görünür ki, Sıracoğlu» Fermer Təsərrüfatı MMC tərəfindən müqavilə şərtləri pozulmuş, ixrac olunmalı 19200.00 kq mallar natamam çatdırılmış və pretenziyanın ümumi məbləği 726.12 manat hesablanmışdır. 2 saylı hesab-fakturaya dair ********** saylı pretenziyadan görünür ki, Sıracoğlu» Fermer Təsərrüfatı MMC tərəfindən müqavilə şərtləri pozulmuş, ixrac olunmalı 19030.00 kq mallar natamam çatdırılmış və pretenziyanın ümumi məbləği 183.54 manat hesablanmışdır. 3 saylı hesab-fakturaya dair ********** saylı pretenziyadan görünür ki, Sıracoğlu» Fermer Təsərrüfatı MMC tərəfindən müqavilə şərtləri pozulmuş, ixrac olunmalı 19030.00 kq mallar natamam çatdırılmış və pretenziyanın ümumi məbləği 525.25 manat hesablanmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur. Belə ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin "əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gələrkən, yəni İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd etmişdir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 10 oktyabr 2023-cü il tarixli, **********4608 nömrəli gömrük bəyannaməsinə əsasən hüquqi şəxs "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 19030.00 kq çəkisində, 30448.00 manat dəyərində mallar və 11 oktyabr 2023-cü il tarixli, **********4966 nömrəli gömrük bəyannaməsinə əsasən 19200.00 kq çəkisində, 29760.00 manat dəyərində mallar Rusiya Federasiyasına ixrac edilərək Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirilmişdir. İxrac edilmiş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduqları halda, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən ixrac edilən mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülmədiyi əsası ilə MMC-nin barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hansı ki, məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli, 000İCZ1233390A48 saylı ödəniş tapşırıqlarından görünür ki, 91413,09 manat "xxxx" Fermer Təsərrüfatı MMC-nin "xxxx" ASC-nin Xətai filiandaki hesabına köçürülməsi təmin edilmişdir. "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2 gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 844,06 ABŞ dolları (1434,90 manat) məbləğində vəsait "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən hesab-fakturaya dair pretenziyalarda ixrac olunmalı olan mallar natamam çatdırılmış və pretenzilarda göstərilən ümumi məbləğ 1434,91 manat hesablanmışdır. Göründüyü kimi hüquqi şəxs "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 2 gömrük bəyannaməsi üzrə ümumilikdə 844,06 ABŞ dolları (1434,90 manat) məbləğində mallar xaricə ixrac edilsə də, lakin malların bir qismi idxalatçıya çatmadığı üçün (yolda tələf olduğundan) müqavilə üzrə müəyyən edilmiş məbləğdən həmin malın pulu çıxılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, "xxxx" Fermer Təsərrüfatı MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur, MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati icraatın başlanılaraq məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Fermer Təsərrüfatı MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Fermer Təsərrüfatı MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-623/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-623/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver