Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-624/2024 15.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, xx.xx.1998-ci ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 15 iyul 2024-cü il tarixdə saat 09.30 radələrində Göyçay şəhəri, Natəvan küçəsində Göyçay rayon Polis Şöbəsinin işçisi Həbib Sadıqovun qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 3 gündür ki başqa bir işlə bağlı Göyçay rayon polis şöbəsində saxlanılmışdır. Həbib Sadıqovla hər hansısa bir mübahisəsi olmamışdır. Həbib Sadıqovun qanuni tələbinə qəsdən tabe olmamaq kimi hal olmamışdır. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsassız hesab edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon X7 təhlükəsizlik bölməsinin rəisi X3 bildirdi ki, icra işi üzrə axtarışda olan Şəxs olduğu yer müəyyən edilərək icra məmuruna təqdim edilmiş,15 iyul 2024-cü il tarixdə, saat 09.30 radələrində Göyçay şəhəri, Natəvan küçəsində Göyçay rayon Polis Şöbəsinin qarşısında ucadan nalayiq ifadələr işlətdiyinə görə ictimai qaydanı pozmaması barədə qanuni tələbinə tabe olmamış,öz hərəkətlərinə davam etmişdir.Kömək üçün rayon polis şöbəsinin PPXB-nin patrulunu çağırmış, onların köməkliyi ilə Şəxs rayon polis şöbəsinə apararaq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X5 bildirdi ki, 15 iyul 2024-cü il tarixdə, saat 09.30 radələrində Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Elman Əhmədov ilə birlikdə NBM xidmətində olarkən həmin vaxt şöbə qarşısında Şəxs səs küy salaraq polis mayoru Həbib Sadıqovun qanuni tələblərinə qəsdən tabe olmadı. O və X12 Sadıqova yaxınlaşmışlar. X11 Feyzullayevi sakitləşdirərək rayon polis şöbəsinə aparmışdır. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olduğu , iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-624/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-624/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver