Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-624/2025 18.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, X7 Xidmətinin X9 şöbəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Göyçay rayon Qarabaqqal bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, Göyçay rayon Qarabaqqal bələdiyyəsi barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar X7 Xidmətinin X9 şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Göyçay rayon Qarabaqqal bələdiyyəsi barəsində tərtib edilmiş 05 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola görə,o,qüvvədə olan əmək müqavilələrinin əmək qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı DƏMX-nin X9 Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-67377-2025 nömrəli icrası məcburi olan göstərişi icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 Xidmətinin X9 şöbəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Göyçay rayon Qarabaqqal bələdiyyəsinə bildiriş ünvanlanaraq işçilərin elektron müqaviləyə keçməsi bildirilmişdir. Bu vaxt ərzində Göyçay rayon Qarabaqqal bələdiyyəsi elektron müqaviləyə keçməmişdir. Bundan sonra Göyçay rayon Qarabaqqal bələdiyyəsinin X7 Xidmətinin X9 şöbəsinə xx.xx.2025-ci il tarixə saat 10.00-a dəvət olunması ilə bağlı xx.xx.2025-ci il tarixdə məktub göndərilmişdir. Buna baxmayaraq Göyçay rayon Qarabaqqal bələdiyyəsi gəlməmişdir. xx.xx.2025-ci il tarixdə Göyçay rayon Qarabaqqal bələdiyyəsi barədə protokol tərtib edilmiş və protokola baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Qarabaqqal bələdiyyəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Göyçay rayon Qarabaqqal bələdiyyəsində bir nəfər vergi müfəttişi vəzifəsində işləyən şəxs ilə elektrok qaydada müqavilə bağlanmamışdır. Həmin şəxs onkoloji xəstə olduğu üçün Bakı şəhərində olmuşdur. Elektron əmək müqaviləsinin onun iştirakı olmadan bağlanması mümkün olmadığından, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində məşğulluq idarəsinin işçiləri ilə birgə həmin şəxsin evinə gedərək müqavilə bağlanaraq yenilənmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Aran Regional Şöbəsinin baş əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş 05 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Göyçay rayon Qarabaqqal bələdiyyəsi qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi təmin olunması ilə bağlı DƏMX-nin X9 Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-67377-2025 nömrəli icrası məcburi olan göstərişi yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Göyçay rayon Qarabaqqal bələdiyyəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş elektron informasiya sistemində olan məlumatlar çıxarışından görünür ki,FİN 1K3VD3X olan,sənədin nömrəsi 1 K3VD3X000104 olan müqavilə xx.xx.2025-ci il saat 15.11.29-da bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz,başlanmış icraata isə xitam verilir. İşin müəyyən edilmiş hallarından müəyyən olunur ki, Göyçay rayon Qarabaqqal bələdiyyəsi işəgötürən olaraq əmək münasibətlərində olan işçi ilə elektron qaydada əmək müqaviləsini xx.xx.2025-ci il tarixdə saat 15:11-də bağlayaraq X7 Xidmətinin X9 şöbəsinin icrası məcburi olan göstərişi icra etmişdir.İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməməsinə baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X9 şöbəsi barəsində əsassız olaraq xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. O da qeyd edilməlidir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli olduğundan, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edilmə vaxtı (saatı) müəyyən edilmədiyindən protokolun Göyçay rayon Qarabaqqal bələdiyyəsi tərəfindən göstərişin icrasından sonra və ya əvvəl tərtib edilməsini müəyyən etmək mümkün olmamışdır.Belə olan halda isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməli olduğundan,hesab edirəm ki, Göyçay rayon Qarabaqqal bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: Göyçay rayon Qarabaqqal bələdiyyəsi barəsdində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-624/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-624/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver