Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-625/2023 24.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, DOKTA MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan DOKTA MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün ünvan 1 ünvanda yerləşən DOKTA MMC-yə məxsus aptekdə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində aptek təşkilatlarına dair tələblərin pozulması, qeyri-ixtisas sahibi tərəfindən satış həyata keçirilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi ərizə ilə məhkəməyə müraicət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan DOKTA MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirlməsini xahiş etmişdir. Təqdim edilmiş xx.xx.20223-cü il tarixli Əczaçılıq müəssisələrinin plandankənar yoxlanması haqqında 649 nömrəli aktdan görünür ki, Göyçay şəhəri R.Rzayev küçəsi 137 ünvanda yerləşən DOKTA MMC-yə məxsus aptekdə xx.xx.20223-cü il tarixdə yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı qeyri-ixtisas sahibinin dərman vasitələrinin satışı aparmağı faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, xx.xx.2023cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri R.Rzayev küçəsi 137 ünvanda yerləşən DOKTA MMC-yə məxsus aptekdə yri-ixtisas sahibi tərəfindən satış həyata keçirildiyindən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. DOKTA MMC –yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. E- məhkəmə sistemi çıxarışından görünür ki, DOKTA MMC hüquqi şəxsdir. Məhkəmə DOKTA MMC–yə inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinin sanksiya nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: DOKTA MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinib 1.000 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-625/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-625/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver