Məhkəmə qərarları › İş №3(046)-629/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-629/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-629/2022 19.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1 iştirakı ilə, xx.xx.1985 il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Türkmən kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində 19 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X5 tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(046)-646/2014 saylı icra vərəqəsi üzrə zərərçəkmiş şəxs X2 3500 manat və xx.xx.2021-ci il tarixli 2(046)- 1251/2021 saylı icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs 4080 manat aliment borcunu üzürsüz səbəbdən ödəməmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2022-ci il tarixli bir neçə icra sənədi üzrə icraatın ümumi icraatda birləşdirilməsi haqqında qərarına əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(046)-646/2014 saylı və xx.xx.2021ci il tarixli 2(046)-1251/2021 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ondan hər ay iki uşağın saxlanılması üçün 160 manat alimentin tutularaq zərərçəkmiş şəxs X1 xeyrinə verilməsi və Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan hər ay iki uşağın saxlanılması üçün 240 manat alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Fərdi əməklə məşğul olur. Qazancı 600 manat civarındadır. Halhazırda aliment borclarını ödəməyə maddi imkanı yoxdur. Zərərçəkmiş şəxs X4 izahat verərək göstərmişdir ki, Şəxs ona borclu olduğu 3500 manat aliment borcunu ödəməmişdir. Buna görə də onun barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs ona borclu olduğu 4080 manat aliment borcunu ödəməmişdir. Buna görə də onun barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə 3500 manat və xx.xx.2021-ci il tarixli icra vərəqəsi 4080 manat aliment borcunu ödəməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkarlara olan aliment borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 20 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar