Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-63/2023 17.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X1, xx.xx.1984-cü ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri. Ə.Səmədli küçəsi, ev 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Şəxs 17 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Ava” çay evinin qarşısında sərxoş halda ictimai qaydanın mühafizə vəzifələrini icra edən Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 17 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 17 yanvar 2023-cü il tarixdə, saat 03 radələrində Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Ava” çay evində tanışları Sədiyar Əliyev və Rəşid Tağıyevlə birlikdə spirtli içki qəbul etmişlər. Həmin vaxt aralarında mübahisə yaranmış, ucadan səsküy yaratmışlar. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmiş, lakin buna baxmayaraq o, polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 bildirdi ki, 17 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri Hüseyn Məmmədovla birlikdə Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Ava” çay evinin qarşısından keçən zaman 3 nəfər şəxsin sərxoş halda ucadan səs-küy saldığını görüb yaxınlaşmışdır. Bu zaman həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin adını sonradan bildiyi Şəxs onun qanuni tələbinə qəsdən tabe olmamış, öz hərəkətlərinə davam etmişdir. Bundan sonra Şəxs polis şöbəsinə aparılmışdır. Göyçay Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 məhkəmədə izahat vermiş şahid Şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:10 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 17 yanvar 2023-cü il tarixli 26 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-63/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-63/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver