Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-634/2023 24.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Burcalıyev Sabir Arzu oğlunun katibliyi, barəsində qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Şikayət verən vəzifəli şəxs X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X9 tərəfindən 2000 manat inzibati cərimə edilməsinə dair xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 29 sentyabr 2023-cü il tarixli, MN-1440237 nömrəli qərarı ilə Göyçay rayon Bığır bələdiyyəsinin sədri olaraq vəzifəli şəxs qismində 2000 manat miqdarında cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında" 29 sentyabr 2023-cü il tarixli, MN- 1440237 nömrəli qərar belə əsaslandırılmışdır ki, güya ki, Göyçay rayonu Bığır bələdiyyəsinin sədri kimi onun tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir.’’İnzibati tənbeh vermə haqqında” 29 sentyabr 2023-cii il tarixli MN- ******* nömrəli qərarı aşağıda qevd olunan səbəblərdən qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında" 29 sentyabr 2023-cü il tarixli, MN-1440237 nömrəli qərarı ilə Göyçay rayon Bığır bələdiyyəsinin sədri kimi vəzifəli şəxs qismində cərimə edilsə də, ümumiyyətlə qərarda hansı əsasla sırf bələdiyyə sədrinin cərimə olunması qeyd edilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalarının" 1.4-cü bəndinə əsasən bu Qaydalarda aidiyyəti qurumlar dedikdə "Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və "Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 İyul tarixli 1735 nömrəli fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti , digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının komunal-təsərrüfat qurumları nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bıı İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin , səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Hazırki şikayətlə məhkəməyə müraciət etməyimin səbəbi "İnzibati tənbeh vermə haqqında" 29 sentyabr 2023-cü il tarixli, MN-1440237 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlıdır. Belə ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Barəsində qərar çıxarılmış şəxs X5 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 izahatında göstərdi ki, Göyçay rayonu Bığır kəndində kəndində müəyyən olunmamış yerdə sənaye və məişət tullantılarının qalaqlanması Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və bu barədə Göyçay RPŞ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Vəzifəli şəxs X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması xx.xx.2023-cü-ci il tarixə təyin edilmiş və bu barədə vəzifəli şəxsə bildiriş göndərilmişdir. İnzibati xəta haqqında işə həmin tarixdə baxılmış və eyni tarixdə vəzifəli şəxs X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayət verən vəzifəli şəxs X3 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, yəni xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli inzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xətaya baxılması xx.xx.2023-cü-ci il tarixə saat 10:00-a təyin edilmişdir. İnzibati xətaya dair işə baxılması yeri və iştirakının zəruriliyi barədə X5 məlumatlandırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.11ci bəndinə əsasən həmin Məcəllənin 228,230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 266.5–266.13, 269, 271, 273, 274, 275.1 – 275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol Göyçay Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, X3 barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması Göyçay RPŞ-də toplanmış materiallar olmuşdur, Göyçay rayon polis şöbəsi də X5 barəsində qeyd edilən inzibati xəta pozuntusu ilə bağlı toplanmış müvafiq materialları aidiyyəti üzrə müvafiq orqana göndərməli olduğu halda inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də qanunvericiliyin tələbini nəzərə almadan X3 əməlində Azərbaycan Respublikası İXMnin 271-ci maddəsi ilə təqsirli bilərək onu 2000 (iki min) manat inzibati qaydada cərimə etmişdir. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmiş və X5 barəsində səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol tərtib edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə işə baxarkən, polis şöbəsinin protokol tərtib edib baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərərkən qanunvericiliyin tələblərinə düzgün əməl edib-etməməsi dəqiq araşdırılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-634/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-634/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver