Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-638/2023 26.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1 Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Göyçay rayonu, Kürdəmiş kəndi ərazisində özünə məxsus olan iribuynuzlu inək heyvanını nəzarətsiz qoyulması nəticəsində yol hərəkəti qaydaları pozularaq «Vaz 21074 » minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi ziyan vurulmuşdur. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, yol nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu, Kürdəmiş kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə uşağı xəstə olduğu üçün onu xəstəxanaya aparmış, orada olarkən mobil telefonuna polis əməkdaşı tərəfindən zəng gəlmiş, ona məxsus iribuynuzlu inək heyvanının vurulması bildirilmişdir. Sonra hadisə yerinə getmiş, orada «Vaz 21074» minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin ona məxsus iribuynuzlu inək heyvanını vurulması nəticəsində tələf etdiyini görmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, «Vaz 21074» minik markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobili ona məxsusdur. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində özünə məxsus «Vaz 21074» minik markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxmış və nəticədə onu vurmuşdur. Hadisədən sonra avtomobilinə 1630 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş AD seriyalı 347246 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Vaz 21074» minik markalı **- BF-*** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, «Vaz 21074» minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilə 1630 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş yol-nəqliyyat sxemindən görünür ki, «Vaz 21074» minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobili Göyçay rayonu, Kürdəmiş kənd ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törətmiş şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törətmiş şəxsin səmimi etirafı iş üzrə məsuliyyəti yüngülləşdirən hal olduğu və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanları nəzərə alıb, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilsin. Qərardan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-638/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-638/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver