Məhkəmə qərarları › İş №3(046)-640/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-640/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-640/2023 16.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Göyçay şəhəri, H.Cavid küçəsi, ev 26da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolları tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:45-də Göyçay şəhəri, M.Hüseynzadə küçəsində ucadan polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində kafedə spirtli içki qəbul etmişdir. Daha sonra spirtli içkinin təsirində olduğu üçün küçədə ucadan nalayiq ifadələr işlətmiş, bu zaman orada xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X3 bildirdi ki, digər polis əməkdaşı Ehtibar Əmirovla birlikdə 5 nömrəli piyada postunda xidmət aparan zaman Göyçay şəhəri, M.Hüseynzadə küçəsində Şəxs ucadan səs-küy salaraq polislərin ünvanına nalayiq söyüşlər söydüyünü görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona ictimai yerdə söyüş söyməyin qadağan olduğunu bildirərək nizam-intizama dəvət etmişlər, lakin onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra Şəxs barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X2 məhkəmədə izahat vermiş şahid X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:40-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 14:00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş 13 oktyabr 2023-cü il tarixli 389 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Hüseynov Şahı̇ n Sədı̇ yar oğlunda orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Hüseynov Şahı̇ n Sədı̇ yar oğlu tərəfindən törədilən inzibati xətaların xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də hadisəni törədərkən sərxoş olduğunu məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüseynov Şahı̇ n Sədı̇ yar oğlu Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, ona 150 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar