Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-643/2025 15.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, xx.xx.1999-cu ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş,subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə birləşdirilmiş bir icraatda baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu Qaraməryəm kəndində “Lukoyl” adlı yanacaq doldurma məntəqəsində sərxoş halda mübahisə edərək orada olan ictimai mühafizə vəzifəsini icra edən polis əməkdaşının tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmuşdur. İnzibati xəta hadisənin olması 13 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi avtomobili ilə Habil adlı tanışı ilə İsmayıllı rayonundan Göyçay rayonu Qaraməryəm kəndinə gələrək orada restoranların birində spirtli içki qəbul edərək balıq yemişlər. Daha sonra idarə etdiyi avtomobil ilə oradan çıxaraq tanışı Habil ilə Qaraməryəm kəndində yerləşən yanacaq doldurma məntqəsinə gəlmiş, həmin zaman orada işləyən adam ilə mübahisə etmişdir. Həmin vaxtı orada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq onu nizam intizama dəvət etsədə o spirtli içki çox qəbul etdiyinə görə yenidən hərəkətlərini davam etdirərək ucadan nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı onu dəfələrlə nizam intizama dəvət etsədə o polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır.Sonradan hadisə yerinə gələn digər polis əməkdaşları onu Göyçay RPŞ-nə gətirmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin ictimai Təhlükəsizliyin sahə rəisi X1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində xidməti ərazisi olan Göyçay rayon Qaraməryəm kəndində “Lukoyl” adlı yanacaq doldurma məntəqəsində bir neçə nəfər şəxsin mübahisə etdiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etdikdən sonra 2 nəfər şəxs ondan uzaqlaşmağını, məsələyə müdaxilə etməməyi tələb etmişlər. Buna baxmayaraq həmin şəxsləri nizam-intizama dəvət etsə də özləri yoluna qoyacaqlarını bildirib, onun oradan getməyini tələb edib xidməti fəaliyətinə mane olmuşlar. Daha sonra Göyçay RPŞ-nin növbətçi hissəsinə məlumat verərək kömək üçün polis əməkdaşı istəmişdir. Daha sonra polis əməkdaşları onun olduğu Qaraməryəm kəndində gələrək həmin şəxsləri RPŞ-nə aparmışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 028191 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay RPŞ-in təhqiqat bölməsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki,Şəxs sərxoşluq müayinəsi nəticsində sərxoş olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəxs Göyçay rayonu Qaraməryəm kəndində “Lukoyl” adlı yanacaq doldurma məntəqəsində sərxoş halda mübahisə edərək orada olan ictimai mühafizə vəzifəsini icra edən polis əməkdaşının tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən müvafiq olaraq xətanın ictimai və idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal olması, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs eyni vaxtda öz hərəkətləri ilə həm İXM-in 510-cu, həm də 535.1-ci maddəsi ilə inzibati xəta törətdiyindən, daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-643/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-643/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver