Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-644/2022 10.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, Göyçay "xxxx" ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində 10 noyabr 2022-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay "xxxx" ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21 oktyabr 2022-ci il tarixdə EP ******* saylı inzibati xəta protokolu tərtib edilmiş ona görə ki, Bankın xx.xx.2022-ci il tarixli, 01-26-2-2022-13025 saylı göstərişi əsasında sorğu ilə tələb edilən sənədləri Göyçay "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmənin vaxtı və yeri barəsində Göyçay "xxxx" ASC-yə məlumat verilmiş, lakin nümayəndə məhkəmə baxışında iştirak etməmişdir. Təqdim edilmiş materiallardan görünür ki, Göyçay "xxxx" ASC hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası İXM-nin 548.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Göyçay "xxxx" ASC lazımi sənədləri Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etmədiyindən Göyçay "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Göyçay "xxxx" ASC–yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Göyçay "xxxx" ASC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Göyçay "xxxx" ASC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Göyçay "xxxx" ASC-yə 1500 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-644/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-644/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver