Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-645/2023 17.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 3-cü qrup əlil, Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Göyçay şəhəri, Nizami küçəsində “Vaz 21074” markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətdə olarkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, həmin vaxt Göyçay şəhəri, Z.Tağıyev küçəsindən Nizami küçəsinə doğru hərəkət edən “Mercedes Benz C240” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə zamanı “Mercedes Benz C240” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6240 manat və Nizami küçəsində yol kənarında yerləşən Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan aqlay üzlük məhəccərlər dağılmış və nəticədə nümayəndəliyə 387 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz 21074” markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobillə sərxoş vəziyyətdə Göyçay şəhəri, Nizami küçəsində hərəkətdə olarkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, həmin vaxt Göyçay şəhəri, Z.Tağıyev küçəsindən Nizami küçəsinə doğru hərəkət edən “Mercedes Benz C240” markalı, **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, idarə etməni itirərək yol kənarında olan aqlay üzlük məhəccərlərə dəymişdir. Hadisə zamanı “Mercedes Benz C240” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili 6240 manat və Nizami küçəsində yol kənarında yerləşən Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan aqlay üzlük məhəccərlər dağılmış və nəticədə nümayəndəliyə 387 manat dəyərində maddi ziyan dəymişdir. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində özünə məxsus avtomobillə Göyçay şəhəri, Z.Tağıyev küçəsindən Nizami küçəsi istiqamətində hərəkətdə olmuş, həmin vaxt Z.Tağıyev küçəsi ilə Nizami küçəsi kəsişməsində işıqforun qırmızı işığında dayanmış və yaşıl işıq yandıqda düzünə istiqamətdə 5 nömrəli məktəb tərəfə hərəkətini davam etdirmək istəmişdir. Bu zaman Nizami küçəsi ilə onun sol tərəfindən gələn “VAZ 2107” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında düzünə hərəkətini davam etdirərək onun hərəkət istiqamətinə çıxmış və nəticədə VAZ 2107 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra avtomobillər yan yana sürüşmüş və onun avtomobili Nizami küçəsində onun hərəkət istiqamətinin sağ tərəfində yol kənarında məhəcərrə dəyib dayanmışdır. Ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. İş üzrə proses iştirakçılarının izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə inzibati tənbeh təyin edilməlidir. İşə materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş, əməlində İXM-nin 333.3-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması müəyyən edilməsi məsələsinə baxılması üçün qərarın surəti Göyçay rayon Polis Şöbəsinin DYPBnə göndərilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli 199 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İşə materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Göyçay şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi 387 manat maddi ziyan dəymişdir. İşə materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X3 Birliyi tərəfindən verilmiş 020003 saylı vəsiqədən görünür ki, Şəxs İİİ qrup müharibə əlilidir. İşə materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, “Mercedes Benz C240” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 6240 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məxsus sürücülük vəsiqəsi təyin edilmiş 2 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması tənbehinin icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin Yevlax 7 saylı rayonlararası X1 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, ona 700 manat inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına aid hissədə Yevlax 7 saylı X2, inzibat cərimə hissəsində isə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-645/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-645/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver