Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-646/2023 30.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, zərərçəkmiş şəxs Qardaşlar Mebel QSC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakı ilə, Chinar İnşaat MMC-nin rəhbəri Nümayəndə1 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində acıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: - Chinar İnşaat MMC-nin rəhbəri Nümayəndə1 barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Chinar İnşaat MMC-nin rəhbəri Nümayəndə1 icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə ümumilikdə 75.222 manat borcunu üzürsüz səbəbdən tələbkar Qardaşlar Mebel QSC-yə ödəməmişdir. Chinar İnşaat MMC-nin rəhbəri Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. X1 QSC-nin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, Chinar İnşaat MMC icra vərəqəsi üzrə borclu olduğu 75.222 manat borcu bu günədək ödəməmişdir. Buna görə də Chinar İnşaat MMC rəhbəri Nümayəndə1 barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. X1 QSC-nin nümayəndəsi Nümayəndə3 göstərmişdir ki, Chinar İnşaat MMC icra vərəqəsi üzrə borclu olduğu 75.222 manat borcu bu günədək ödəməmişdir. Buna görə də Chinar İnşaat MMC rəhbəri Nümayəndə1 barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Chinar İnşaat MMC Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkara 75.222 manat borcunu ödəməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Chinar İnşaat MMC-nin Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Chinar İnşaat MMC-nin rəhbəri Nümayəndə1 həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Chinar İnşaat MMC-nin rəhbəri Nümayəndə1 inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Chinar İnşaat MMC-nin rəhbəri Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1.500 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Sumqayıt şəhər İcra və Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-646/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-646/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver